EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.10.2019 09:30:55

Prezident İlham Əliyevin rəhbərliyilə keçirilən son iqtisadi müşavirə bir çox məqamlarına görə cəmiyyətdə böyük marağa səbəb olub.

Prezident İlham Əliyevin rəhbərliyilə keçirilən son iqtisadi müşavirə bir çox məqamlarına görə cəmiyyətdə böyük marağa səbəb olub.

Bir tərəfdən ölkənin yaxın gələcəkdəki sosial-iqtisadi inkişafının əsas prioritetləri bir daha aydın şəkildə ifadə edildisə, digər tərəfdən də islahatlarla bağlı qəti siyasi iradənin mövcudluğu da növbəti dəfə vurğulandı. Prezidentin bəzi sensasiyalı bəyanatları isə bu müşavirəyə əlavə rəng qatdı.

Son iclasın ən diqqətçəkən özəlliklərindən biri isə iştirakçıların yığcam tərkibi oldu.

“AzPolitika.info” xatırladır ki, bundan əvvəlki, yəni iyulun 31-də keçirilən iqtisadi müşavirə də öz formatına görə əvvəlkilərdən xeyli fərqlənirdi və həmin iclasda nə o vaxtkı baş nazir Novruz Məmmədov, nə də onun müavinləri iştirak etmirdi. Lakin sosial-iqtisadi bloku təmsil edən əsas nazirlər və komitə rəhbərləri həmin müşavirəyə qatılmışdılar ki, onların da arasında Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirilə yanaşı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev də vardı.

Ancaq son müşavirədə DGK sədri nədənsə iştirak etmirdi.

Müşavirədə çıxış edən ölkə başçısı vergi və gömrük daxilolmalarındakı artımdan danışaraq, bildirdi ki, Gömrük və vergi orqanları 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. “Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”, – Prezident qeyd edib.

Lakin bundan sonra Prezident əsas etibarilə Vergilər Nazirliyinin fəaliyyətinin üzərində dayandı, bu strukturda aparılan islahatların effektivliyindən danışdı. Sitat: “Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.

Ancaq nəzərə almaq lazımdır ki, sözügedən müşavirədə büdcə gəlirlərinin formalaşması və sonradan düzgün xərclənməsi məsələləri əsas müzakirə mövzularından biri, hətta demək olar birincisi idi. Büdcə gəlirlərinin formalaşmasında isə Vergilər Nazirliyindən sonra ikinci böyük paya malik olan qurum məhz DGK-dır. Bu baxımdan Səfər Mehdiyevin həmin müşavirəyə qatılmaması maraq doğurur.


Səfər Mehdiyev son müşavirəyə niyə çağırılmadı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ