EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.04.2019 15:52:46

Samava şəhərindən təxminən 170 km uzaqlıqda səhrada aşkar edilmiş kütləvi məzarlıqda onlarla kürdün qalıqları aşkar edilib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İraqın prezidenti Bərham Saleh bəyan edib ki, İraq Səddamın Hüseynin cinayətlərini heç vaxt unutmamalı və onun partiyasına da geri dönməyə icazə verməməlidir.

O bu sözləri İraqın devrilmiş prezidenti Səddamın Hüseynin təhlükəsizlik qüvvələri tərəfindən təxminən 30 il öncə qətlə yetirilən kürdlərin basdırıldığı kütləvi məzarlığın aşkar edildiyi yerdə söyləyib.

Samava şəhərindən təxminən 170 km uzaqlıqda səhrada aşkar edilmiş kütləvi məzarlıqda onlarla kürdün qalıqları aşkar edilib.

Xatırladaq ki, Səddamın Hüseynin İraq kürdlərinə qarşı yürütdüyü əməliyyat zamanı təxminən 180 min kürd qətlə yetirilir. O zaman kürdlərə qarşı kimyəvi qazlardan istifadə edilirdi, kürdlərin kəndləri yer üzündən silinirdi.

“Səddam onları öldürdü, çünki kürdlər onun rejimini qəbul etmirdilər, çünki kürdlər azad və layiqli həyat sürmək istəyirdilər. Səddam onları Samavaya gətirərək qətlə yetirdi, Samava isə onları (öz torpağında) qəbul etdi”, - deyə Saleh bildirib.

Qeyd edək ki, Səddam Hüseyn həmçinin İraq əhalisinin böyük hissəsini təşkil edən şiə müsəlmanlara qarşı da cinayətlər və kütləvi qətllər törədirdi.

“Yeni İraq heç vaxt İraq xalqına qarşı törədilmiş bu cinayətləri unutmamalıdır”, - deyə o əlavə edib.


Səddamın növbəti vəhşiliyi üzə çıxdı: Kürdlərin dəfn edildiyi kütləvi məzarlıq - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Traktor” FK-nın türk baş məşqçisi hədəfini açıqlayıb
    İranın Super Liqa komandası "Traktor" FK-nın türk baş məşqçisi Mustafa Dənizli komandası üçün düşündüyü hədəflərini açıqlayıb.
     15.07.2019
    Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
    Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ