EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.04.2019 17:18:03

Suriya prezidenti İran XİN başçısı ilə görüşüb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, “Yaxın Şərqdəki qeyri-sabitliyin əsas səbəbləri ABŞ-ın (buradakı) mövcudiyyətində və onların bu regionun ölkələrinin daxili işlərina müdaxilə etməsində gizlənir”.

Əsəd İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə ABŞ-ın İranın İslam İnqilabı Keşikçiləri Ordusuna (Sepah) qarşı qərarını pisləyərək qeyd edib: “ABŞ və bəzi Qərb ölkələrinin siyasəti İran, Suriya və onların müttəfiqlərinin öz hüquqlarına nail olma və bu ölkələrin xalqlarının maraqlarının həyata keçirilməsindən əl çəkməsinə səbəb ola bilməyəcək”.

İranlı nazir isə öz növbəsində ABŞ-ın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması qərarını pisləyərək əlavə edib: “ABŞ-ın bu qərarı onların işğal edilmiş Qüds və Sepah qərarları ilə bağlıdır. Bütün bu qərarlar Vaşinqtonun regiondakı siyasətinin iflas etdiyini sübut edir”.

Zərif deyib ki, ABŞ-ın rəftarı İran və Suriyanın hər sahədə daha da yaxınlaşmasına səbəb oldu.

Xatırladaq ki, ötən gün İran XİN başçısı Suriyanın ali rəhbərliyi ilə görüşlər üçün bu ölkəyə səfər edib.


Əsəd: ABŞ-ın xətaları Yaxın Şərqi pis hala saldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ