EURO 2,0063 NEFT 58,18
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.08.2017 09:23:09

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakininə məxsus “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib.

Xəsarət alanların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şamaxıda avtomobil dərəyə aşıb, 8 nəfər xəsarət alıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX işçi axtarır
     19.10.2017
    Ayətullah Xamenei: Yalanlarınıza vaxt sərf edə bilmərəm
    Ayətullah Xamenei Tehranın nüvə müqaviləsinə sadiq qalacağını, ancaq ABŞ-ın müqavilədən çıxmasından sonra İranın da razılaşmanı pozacağını bildirib.
     19.10.2017
    Astanda növbəti Suriya danışıqlarının vaxtı açıqlanıb
    Qazaxıstan XİN-nin açıqlamasında görüşün 30-31 oktyabrda keçiriləcəyi bildirilib.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ