1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.02.2020 12:16:13

İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi Vyanada deyib

İslamazeri.com xəbər verir ki, İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi ABŞ-ın yüksək rütbəli iranlı generalın öldürülməsinin İŞİD terrorçularına qarşı mübarizəni zəiflətdiyini deyib.

Əli Əkbər Salehi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin iclasında bildirib ki, general Qasım Süleymani sui qəsdilə ABŞ rəhbərliyinin bölgədəki reallıqları dərk etməyə hazır olmadığını göstərir.

Salehi Qasım Süleymanini "İŞİD-lə mübarizədə ən vacib vasitəçi" adlandırıb.

Rəsmi Tehran İraqdakı Amerika qoşunlarının qərargahlandığı iki hərbi bazaya raket atmaqla Süleymaninin öldürülməsinə görə qisas alıb. Hücum zamanı tələfat olmayıb. Lakin Salehi İranın daha çox iş görməyə hazır olduğunu təkrarlayıb.

"Bilin ki, mənim ölkəm bir dəfə qisas ala bilibsə, istəsə yenə alacaq, bundan çəkinməyəcək" - deyə, o bildirib.

Bu arada  İranın Qasim Süleymaniyə qarşı edilən sui-qəsdə cavab olaraq atdığı 15 balistik raket 109 hərbçinin kəllə-beyin travması və kontuziya almasına səbəb olması ilə bağlı Pentaqon yeni açıqlama yayıb.


Salehi Vyanadan səsləndi: İran bir dəfə qisas ala bilibsə, istəsə yenə alacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ