EURO 1,9326 NEFT 60,52
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.10.2018 16:49:45

Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

İslamazeri.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Nəticədə 1986-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov faktı təsdiqləyib. Bildirib ki, hazırda Azad əməliyyata alınıb:

“Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədəninin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim”.

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.


Sakinimiz cəbhədə minaya düşdü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirib
    “Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər”.
     11.12.2018
    Avtomobil kreditlərinə dair yeni tələblər - Gələn ildən ağır şərtlərlə veriləcək
    Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ