EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.03.2017 17:08:22

Venesuelalı terrorçunun işini xüsusi imtiyazlı məhkəmə aparacaq.

İslamazeri.az-ın “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Fransada daha çox “Karlos Şakal” ləqəbi ilə tanınan beynəlxalq terrorçu İlyiç Ramires Sançesə qarşı məhkəmə prosesi start götürüb. Bu səfər isə cinayətkar Parisdəki “Drugstone Publicis” ticarət qalereyasındakı terror aktını törətməkdə ittiham olunur. Məlum hücum 1974-cü ildə törədilib.

Venesuelalı terrorçunun işini xüsusi imtiyazlı məhkəmə aparacaq. Həmin məhkəmənin tərkibinə sırf professional hakimlər daxil olacaq. Onlar 17 hakimi və 2 mütəxəssisi dinləyəcək.

Xatırladaq ki, Fransa paytaxtında yerləşən “Drugstore Publicis”də əlqumbarasının partlaması nəticəsində 2 nəfər həlak olmuş, 34 nəfər isə yaralanmışdı. 1979-cu ildə Yaxın Şərq KİV-lərinin birində Karlosun müsahibəsi dərc edilmişdi. O qumbaranı atdığını etiraf etmişdi. Lakin sonradan o dediyi sözləri təkzib edərək bildirmişdi ki, onun məlum terror aktında qətiyyən əli yoxdur.

O, 1994-cü ildə Sudanda həbs edilib. Daha sonra o Fransaya ekstradisiya edilib. Fransa məhkəməsi 1975-ci ildən 2 polis də daxil olmaqla, 3 nəfəri öldürdüyünə görə onu ömürlük azadlıqdan məhrum edib.


“Şakal Karlos” adlı terrorçu 43 il sonra məhkəmə qarşısında

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Nicat Turizm" şirkəti zəvvarlar üçün ziyarət səfəri təşkil edir.
     18.08.2017
    Yerli KİV: Əli Həsənov
    Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi, baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ