EURO 2,0063 NEFT 57,42
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:20.02.2017 17:28:08

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib.

İslamazeri.az-ın xəbərinə görə,  bu haqda AMEA-dan məlumat verilib. Bildirilir ki, burada Şah İsmayıl Həzrət Əlinin (ə) kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb.

Qeyd edək ki, müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti Azərbaycanda idi. İndi isə Münhenin Bavariya Dövlət Kitabxanasında saxlanan əsərin 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb.

Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Bu xətt nümunəsinin Çaldıran döyüşündən əvvəl yazıldığı ehtimal olunur. Osmanlı imperatoru birinci Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparıb. Əsər sonradan Avropaya aparılıb.

Xatırladaq ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münhenin Bavariya Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türkiyəli alim İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib.


Şah İsmayılın xətt nümunələri - Hz. Əli (ə) kəlamları aşkarlanıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Manamada Bəhreyn-İsrail əlaqələrinə qarşı etiraz aksiyası keçirilib - VİDEO
    Polis nümayişçilərə qarşı zor tətbiq edib, İsrail əleyhinə tədbirin keçirilməsinə imkan verməyib.
     19.10.2017
    ABŞ-ın keçmiş və indiki dövlət rəsmiləri Trampdan narazıdır
    Həmçinin son aylarda Trampın balanssız hərəkətlərindən ötrü hökumət rəsmilərindən bəziləri öz vəzifələrindən istefa veriblər.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ