EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:25.01.2017 11:39:58

Bu bayraq başlığı, Səfəvi ordusunun Astara ərazisindən keçib Şirvanşahlar dövlətinə hücum etdiyi dövrdən qalıb...

Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin ulu babası Şeyx Zahid Gilani Lənkəranın Siyavər kəndində dəfn edilib. Sonralar isə Xəzər dənizinin səviyyəsinin qalxması qəbir üçün təhlükə yaradıb və məzar hazırkı yerinə - Lənkəranın Şiyakəran kəndi ərazisinə köçürülüb. Ayrıca, üzərində türbə inşa edilib.

Şah İsmayılın ordusuna məxsus döyüş bayrağının başlığı - ələm

Sonralar Şah İsmayıl Şirvanşahlar dövlətinin üzərinə yürüş edərkən, Pütəsər mahalının Şiyəkəran kəndinə gəlib. Şahın bu ərazidə düşərgə salmasında əsas məqsəd - ulu babasının dəfn olunduğu türbəyə yaxın olmaq, tez-tez türbəni ziyarət etmək və qışı burada keçirərək, yaz aylarında Şirvanşahların üzərinə hücumu davam etdirmək idi.

Bayraq başlığının üzərində ərəb əlifbası ilə bir neçə dəfə "Allah" sözü yazılıb

 

Şah İsmayılın ordusuna məxsus döyüş bayrağı hazırda Şiyəkəran Kənd Orta Ümumtəhsil Məktəbinin müəllimi Yunus Qulamovun evində qorunur. O, Sputnik Azərbaycan-a açıqlamasında bu qədim əşyanın adının "ələm" olduğunu bildirdi.

Yunus Qulamov: "Bu ələmi təxminən XVIII əsrdə ulu babam tapıb"

Müsahibimizin sözlərinə görə, "ələm" ərəb dilində "bayraq başlığı" deməkdir: "Bunu uzun illər bizdə dini bir əşya hesab ediblər. Yəqin ki, buna bayraq başlığının üzərində ərəb əlifbası ilə bir neçə dəfə Allah sözünün yazılması səbəb olub. Lakin bir neçə il öncə mən bu əşyanın nə olduğunu aşkar etmək üçün araşdırma apardım. Sonda bunun Səfəvi ordusunun döyüş bayrağının başlığı olduğunu ortaya çıxartdım".

Şah İsmayılın döyüşünü əks etdirən miniatüra. Ortada döyüş bayrağı başlığı görünür.

"Bu ələm, təxminən XVIII əsrdə ulu babam tərəfindən tapılıb. O, kənd tarlasında əkin-biçinlə məşğul olarkən bir küp tapıb. Küpün içərisindən isə bu ələm və bir neçə başqa əşya çıxıb. Küpün ağzının xüsusi üsulla - təbii heyvan dərisi ilə bağlanması döyüş bayrağı başlığının korlanmasına imkan verməyib. Hazırda mən küpün içərisindən çıxan bu ələmi və 3 gümüş sikkəni saxlayıram" - Qulamov bildirir.

Həmsöhbətimiz əmindir ki, sözügedən bayraq başlığı Səfəvi ordusunun bu ərazidən Şirvanşahlar üzərinə getdiyi zamanın yadigarıdır: "Bu ələm Şah İsmayılın hakimiyyəti dövrünə aiddir. Çünki ələmin üstündə 12 imamın və 2 məsum xanımın adları, həmçinin Məhəmməd Peyğəmbərin və Həzrəti Əlinin adları döymə üsulu ilə yazılıb. Araşdırıb öyrəndim ki, artıq II Şah İsmayılın hakimiyyəti dövründə döyüş bayrağı başlıqlarında 12 imamın və 2 məsum xanımın adlarının yazılması qadağan olunub. Buna səbəb isə təriqətlər arasında ixtilafların yaranması idi".

Ələmin baş tərəfindəki 3 alov dilindən ortadakının üzərində dörd oyma nöqtə var - bu da sufizmə işarədir

Ələmin ucundə 3 alov dili, yan tərəflərdə isə quş başı təsvir olunub. Y. Qulamovun dediyinə görə, bəzi mənbələrdə bu təsvirin mənası "odda yanan simurq quşu" anlamına gəlir: "Ələmin özü isə mislə gümüşün qarışığından alınan metaldan düzəldilib. 3 alov dilindən ortadakı dilin üzərində dörd oyma nöqtə var. Bu da sufizmə işarədir. Çünki bu 4 oyma nöqtə sufilikdə 4 ünsürə - hava, su, torpaq, oda işarədir".

"Səfiyullah" yazısı

Döyüş bayrağı başlığının hər dörd küncündə isə "Şeyx Səfi butası" adı ilə tanınan işarələr həkk olunub: "Bu da növbəti dəfə ələmin səfəvilərə aid olduğunu sübut edir. Başlığın üzərində "Səfiyullah" kəlməsi həkk olunub. Yenə diqqətlə baxsaq, quş başlarının birinin aşağı hissəsində çapacaq izi, bəzi hissənin sındığını, sonradan təkrar bərkidildiyini görərik. Bu isə bayrağın həqiqətən də döyüşdə istifadə olunduğuna və döyüş vaxtı zədə aldığına işarədir".

Məlumat üçün bildirək ki, Səfəvi ordusunun döyüş bayrağı başlığının bütöv qalan və üzərində "Səfiyullah" yazılan yeganə nümunəsi, məhz Yunus Qulamovun evində qorunub saxlanılan ələmdir.


Şah İsmayılın üzərində 14 məsumun adı olan döyüş bayrağı başlığı - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Göyçayda iki avtobus yanıb - FOTOLAR
    Göyçay rayonunda yanğın hadisəsi baş verib.
     22.07.2017
    İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya yan alıb
    Məlumatı Müdafiə Nazirliyi yayıb.
     22.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ