EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.02.2017 10:44:32

Təhsil Nazirliyi Azərbaycanda şagirdlərin qızıl və gümüş medala layiq görülməsi qaydalarını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş medallarla təltif olunur.

“Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib.

"Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır" - məlumatda qeyd edilir.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir.

Bildirilir ki, Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq, yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - “Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.


Şagirdlərə müxtəlif medalların verilməsinin qaydaları açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ