1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.04.2017 17:35:43

Deputat deyir ki, Nardaranda keçmişdəki kimi cinayətkar dəstələr yoxdur.

“Məlum hadisələrdən sonra Nardaranda qanun pozuntularına, cinayətkarlığa rast gəlinmir".

Bu sözləri Sabunçunun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Nardaranda qanun pozuntularının sayı nəinki azalıb, demək olar ki, heç yoxdur. Amma xırda qanun pozuntuları ola bilər".

"Qəsəbədə keçmişdəki kimi qanun pozuntuları edən şəxslər, cinayətkar dəstələr yoxdur" - deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, Nardaranda narkomaniyanın qarşısı tam alınıb: "Hamı nəzarətdədir. Bir sözlə, Nardaranda həyat öz axarında davam edir”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və tərəfdarları saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.


Sabunçunun deputatı: "Nardaranda hamı nəzarətdədir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət alıb
    Məlumata görə zərərçəkənlər hərbiçi olan yaxın qohumlarının yanından gəlirlərmiş.
     24.09.2017
    Hacıqabulda yol qəzası: Yaralananlar var
    Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ