1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.08.2020 12:41:22

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz videomüraciətində Ukraynaya özünün “ikinci evi” kimi təşəkkür edib və artıq vətəninə geri qayıdacağını bildirib.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcra Komitəsinin başçısı vəzifəsində çalışan Saakaşvili Gürcüstanda qarşıdan gələn parlament seçkilərinə dəfələrlə münasibət bildirərək qeyd edib ki, hazırkı Gürcüstan rəhbərliyinin qanuniliyini tanımır və seçkilərdə ön cəbhədə mübarizə aparmağa hazırdır. Onun bu bəyanatları Gürcüstanın Kiyevdəki səfirini geri çağırmasına səbəb olub - Tbilisi eks-prezidentin fikirlərini Gürcüstanın dövlətdaxili işlərinə müdaxilə hesab edir.

“Ukrayna mənim ikinci evimdir. Öz zamanımda mən əsas evim olan şirin Gürcüstandan buraya gəldim. Mən hələ tələbəlik vaxtlarımdan Ukraynanı sevirdim, ən çətin zamanlarımda məhz o, məni olduğum kimi qəbul etdi, şərtsiz və tələbsiz, mən də bunu olduqca dəyərləndirirəm”, - deyə o bəyan edib.

Saakaşvili qeyd edib ki, son 7 ildə çox şeydən keçib və “öz ölkəsinə daha yaxşı xidmət etmək və səhvə yol verməmək” üçün kifayət qədər təcrübə və bilik əldə edib. Bununla yanaşı, o, prezidentliyi dövründə səhvlərə yol verildiyini də etiraf edib.

“Tanrı şahiddir, mən öz xalqım üçün daha yaxşısını istəyirdim. Xalqımın daha yaxşı, daha varlı yaşamasını istəyirdim və hər bir halda yol verilmiş xətalara görə hər kəsdən üzr istəmək istəyirəm. Yeddi il ərzində elə bir gün olmadı ki, mən Gürcüstanla bağlı xəbərlərlə maraqlanmayım və mən dəqiq bilirəm ki, mənim prezidentlik dövrüm bihudə keçməyib və bizim yaratdığımız bir çox şey indiyədək qalıb və qüvvədədir. Lakin eyni zamanda, mən Gürcüstandan xəbərlər eşidəndə anlayıram ki, biz qat-qat daha yaxşı yaşaya bilərik, hər bir gürcü daha varlı yaşaya bilər və bu, bizdə alınacaq. Mən geri qayıdıram!”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Orada ona qarşı bir sıra cinayət işləri açılıb, bəzi maddələrə əsasən, o, qiyabi şəkildə həbs edilib.

2015-ci ildə o zamankı Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşviliyə vətəndaşlıq verərək onu Odessa vilayətinin qubernatoru təyin edib və bununla da eks-prezident Ukrayna siyasətinə qədəm qoyub. Lakin 2016-cı ilin noyabr ayında Poroşenko Saakaşvilini işindən qovub. 2017-ci ilin iyulunda isə Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib. 2018-ci ildə isə onu Polşaya yollayıblar. Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2019-cu il 28 mayda ona Ukrayna vətəndaşlığını geri verib və onu Milli İslahatlar Şurasının İcra Komitəsinin başçısı təyin edib.


Saakaşvili elan etdi: Mən geri qayıdıram!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020
    Məğlubiyyət daha bir yüksək rütbəli məmuru yıxdı: Ermənistanın müdafiə naziri də istefa verdi
    Bu barədə “Aravot” qəzeti öz mənbələrinə istinadən məlumat verib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ