EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:10.03.2017 18:43:39

ƏSA Teatrına yeni direktor təyin edildi və bədii rəhbərin öhdəliyində olan səlahiyyətlər dəyişdirildi.

Bildiyiniz kimi ötən ilin sentyabr ayında əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv şəkildə müstəqil ƏSA Teatrı təsis edilib.

Qısa müddət ərzində ictimaiyyətin böyük diqqət və rəğbətini qazanan teatr artıq bir neçə dəfə tamaşaçı qarşısına çıxaraq, incəsənətin əngəl tanımadığını sübut edib.

Teatrın baş meneceri Nicat Qulam İslamazeri.az-a məlumat verib ki, ƏSA Teatrının aktyoru və direktoru Murad Məmmədovşəxsi işləri və fəaliyyətləri ilə əlaqədar olaraq direktor vəzifəsini qeyri-müəyyən zamana qədər şəxsi istəyi ilə tərk edib. Onun yerinə, əvəzləyici direktor olaraq, teatrın aktyoru və ədəbi hissə müdiri Orxan Adıgözəlteatrın direktor vəzifəsinə təyin edilib.

Bundan əlavə ƏSA Teatrının bədii rəhbər vəzifəsinin öhdəliyində olan bir neçə səlahiyyətlər (Bunlardan teatrın daxili nizam-intizamına nəzarət, teatra üzvlərin seçilməsi (konkret kimlərin cəlbolunması), tamaşa və tədbirlərin keçirilməsinə nəzarət və s. qeyd etmək olar) teatrın truppa müdiri vəzifəsinin öhdəliyinə verilib.
ƏSA Teatrının truppa müdiri vəzifəsinə isə Aydın Rəhimov təyin edilib.  1993-cü ildə Bakı şəhərində anadan olan Aydın Rəhimov Natiq oğlu, əsasən rəqəmsal musiqi və texniki səslərin aşkar edilməsi və qurulması ilə məşğuldur. Həmçinin qrafik dizayner və reklam sahəsində fəaliyyət göstərir. ƏSA Teatrı bu sahədə onun ilk təcrübəsidir.

Nicat Qulam onu da bildirib ki, bu vəzifə dəyişiklikləri  bütövlükdə ƏSA Teatrının daha sürətli və sağlam inkişaf etməsi  üçündür.

Qeyd etdiyimiz vəzifə dəyişiklikləri teatrın təsisçisi Nihad Qulamzadə tərəfindən icra olunub.

 


ƏSA Teatrında vəzifə dəyişiklikləri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Nicat Turizm" şirkəti zəvvarlar üçün ziyarət səfəri təşkil edir.
     18.08.2017
    Yerli KİV: Əli Həsənov
    Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi, baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ