EURO 1,9062 NEFT 52,21
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:14.03.2017 12:21:12

Bu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 12.5 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 15.6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 8.4 faiz yüksəlib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, fevralda yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.6 faiz artıb. Son bir ayda ərzaq məhsullarının qiymətləri 2.5, qeyri-ərzaq məhsullarının qiymətləri 0.9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının qiyməti artıb. Şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da bahalaşdığı bildirilir.

Bundan başqa, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun və tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə edilib. Yumurtanın qiymətində isə ucuzlaşma olduğu qeyd edilir.

Fevralda yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların bahalaşdığı açıqlanıb. Habelə, inşaat materiallarının, mebellərin, ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin də qiymətlərinin artdığı bildirilir. Üstəlik, şüşə məmulatları, yemək qabları, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlardan ötrü ehtiyat hissələrinin qiymətlərində bahalaşma baş verib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində ucuzlaşma olduğu bildirilir. Avtomobillərin, mebel, döşəmə örtüklərinin təmirinin, tibbi, stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxana qiymətlərinin isə bahalaşdığı deyilir.

Azadliq.org


Ərzaq məhsullarında 16 faiz bahalaşma müşahidə olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”
    Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir.
     26.05.2017
    İmam cümə seçkilərdəki saxtakarlıq, Bəhreyn və Səudiyyədəki qətliamlardan danışdı
    Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ