EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:22.10.2018 11:19:45

"Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur."

"Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir. Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur".

"Baku.ws" xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov 92 (Aİ-92) oktanlı benzinin idxalının müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsini şərh edərkən bildirib.

Mütəxəssis qeyd edir ki, dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq:

"Aydındır ki, 3 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyil. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var.

Digər tərəfdən, güzəştlərin çox qısa müddəti, yalnız 3 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək".


Rüsumlardan azad edilən Aİ 92 markalı benzin ucuzlaşacaq?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR
    Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.
     19.01.2019
    Mərziyyə Haşiminin həbsi İslamafobiya, söz azadlığının heçə sayılması və İranafobiyadır
    İslamazeri.com-un "Sosial Şəbəkə" profili xəbər verir ki, jurnalist Ramin Bayramov özünün sosial şəbəkə profilində PressTV-nin müxbirinin ABŞ-da həbs olunmasına münasibət bildirib.
     19.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ