EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.09.2019 17:00:53

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verib

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Bu barədə Turan-a AXCP-dən fəalın vəkilinə istinadən bildiriblər.

Polisin məlumatına görə, "Əmirli küçədə ünvansız söyüş söyüb, polis əməkdaşları ona irad tutarkən tabe olmayıb".

Əmirli ittihamları rədd edərək bildirib ki, bacısının müalicə olunduğu Milli Onkologiya Mərkəzinin binasından çıxarkən onu mülki geyimli şəxslər saxlayıblar.

Müdafiə tərəfi saxlanma yerində videomüşahidə kamerasındakı qeydlərə baxılması və şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Müdafiə tərəfi apellyasiya verəcək.

AXCP fəalları məhkəmə zalına buraxılmayıb. Polis qüvvələri onları məhkəmə binasının yanında sıxışdırıblar. AXCP fəalı Təzəxan Mirələmlini bərk itələyiblər, o yıxılaraq xəsarət alıb.(Turan)


Ruslan Əmirli 30 sutka həbs edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ