1. http://www.islamazeri.az/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:01.10.2016 20:00:51

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada 2 ildə 5 min, Rusiya isə 1 ildə 28 min terrorçu məhv edib...

Dünən - sentyabr ayının 30-u Rusiya Prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Suriyada anti-terror əməliyyatlarına başlaması haqda qərar qəbul etməsindən düz 1 il keçib. Bu zaman ərzində rusiyalı hərbçilərin köməkliyi ilə Suriya ərazisinin böyük hissəsi terrorçulardan azad edilib.

İslamazeri.az "Russia Today"-ə istinadən bir il ərzində baş vermiş hadisələrin xronologiyasını oxucularına təqdim edir.

 

Sentyabr

2015-ci il sentyabr ayının 20-si Suriya Prezidenti Bəşər Əsəd hərbi yardımın göstərilməsinə dair rəsmi müraciətlə Rusiyaya müraciət edib. Federasiya Şurası həmin gün Rusiya lideri Vladimir Putinə RF Silahlı Qüvvələrinin Suriya Ərəb Respublikası ərazisindən istifadə etməsinə razılıq verib.

"Biz heç kəsin bostanına daş atmaq istəmirik, lakin ABŞ-ın başçılıq etdiyi koalisiya bir il yarım ərzində Suriyada zərbələr endirib. Koalisiyanın əməliyyatında 11-dən çox ölkə iştirak edib. Müxtəlif hədəflərə 500-dən çox zərbə endirilib, lakin bu heç bir nəticə verməyib. Bu danılmaz faktdır.", - deyə Vladimir Putin bildirib.

Oktyabr: 1391 hərbi uçuş. 1623 düşmən hədəfi və neft məhsulu daşıyan 1080 avtosistern məhv edilib.

 

ABŞ və Rusiya Müdafiə Nazirlikləri uçuşların təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınmasına dair Memorandum imzalayıblar. Sənəd PUA da daxil olmaqla, bütün uçuş aparatlarına şamil edilir.

Oktyabr ayında aviasiyaya Hərbi Dəniz Qüvvələri də qoşuldular.  Üstəlik donanma terrorçulara zərbəni Rusiya ərazisindən endirib. Xəzər flotiliyası qanadlı "Kalibr" raketlərinin uğurlu buraxılışını həyata keçirib. Həmin raketlər 1500 kilometrdən çox məsafəni qət edərək Suriyadakı İŞİD hədəflərinə zərbə endirib.

Noyabr

Vladimir Putin Suriyada Rusiya aviasiyasının zərbələrini gücləndirməyi tələb edib. Bu Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov Misirdə Rusiyaya məxsus A321 layner faciəsinin səbəbinin terror aktı olduğunu məruzə etdikdən sonra baş verib.

Xəzər flotiliyasının gəmiləri  18 ədəd qanadlı raketin buraxılışını həyata keçirib. Raketlər Rəqqa, İdlib və Hələb əyalətlərindəki 7 hədəfə tuşlanıb. Uzaqmənzilli aviasiya da terrorçuları aktiv şəkildə bombalayıb.

"Bizim aviasiyanın Suriyadakı hərbi işi sadəcə davam etdirilməməlidir. O elə bir şəkildə gücləndirilməlidir ki, cinayətkarlar (A321-in - red.) qarşılığının (əvəzinin) qaçılmaz olduğunu anlasınlar."  - deyə Vladimir Putin bildirib.

2015-ci il noyabr ayının 14-ü  Rusiya Hava-Kosmik Qüvvələri qrupundan olan Su-24 cəbhə bombardmançısı Suriya ərazisi üzərində Türkiyə HHQ-sinə məxsus F-16 qırıcısı tərəfindən vurulub. Pilot özünü katapult edən zaman güllələnib, şturman (Su-24-ü idarə edən şəxs) isə sağ qalıb və baş vermiş hadisənin təfərrüatları haqda danışıb.

Vladimir Putin vurulmuş Su-24 ilə bağlı hadisəni "terrorçuların havadarları tərəfindən kürəkdən vurulmuş zərbə" adlandırıb. Rusiya Türkiyə ilə diplomatik əlaqələri dayandırmış, Türkiyəyə qarşı ərzaq embarqosu tətbiq etmiş və turizmi də məhdudlaşdırmışdı. İki ölkə münasibətləri yalnız bir il sonra - Türkiyə hakimiyyəti həlak olmuş pilotun ailəsindən rəsmi şəkildə üzr istədikdən sonra yoluna düşüb.

Dekabr

Rusiya qoşunlarının İŞİD əleyhinə mübarizədəki uğurları dünyada daha da çox dəstək almağa başlayır. "Populus" araşdırma şirkətinin sorğusunun nəticələrinə əsasən, Almaniya sakinlərinin yarısından çoxu (51%), Böyük britaniyalıların 42 faizi və ABŞ əhalisinin 1/3-dən çoxsu (35%)  Rusiyanın Suriyadakı fəaliyyətini dəstəkləyib. Əməliyyat əleyhinə təkcə Türkiyə sakinləri çıxıblar. Əhalinin 64 faizi əleyhinə, 17 faizi isə lehinə çıxış edib.

Qanadlı raketlərin Suriyadakı hədəflərə endirdikləri zərbələr Aralıq dənizi akvatoriyasında yerləşmiş "Rostov-na-Donu" sualtı qayığı tərəfindən həyata keçirilib.

Yanvar

Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı hərbi əməliyyatı artıq 100 gündən çoxdur ki, davam edir. Bu zaman ərzində Rusiya HKQ-in təyyarələri və HDQ-nin gəmiləri terrorçulara ABŞ-ın başçılıq etdiyi koalisiyanın bir il ərzində endirdiyi zərbələrdən 1,5 dəfə çox raket və bomba zərbələri endirib.

Qətər xarici işlər naziri Xalid bin Muhəmməd əl-Atiyyə RT-yə verdiyi  müsahibədə bildirib ki, Rusiyanın Suriya mövqeyi ilə həmfikirdir.

Fevral

Vladimir Putin Suriyadakı hərbi əməliyyatların dayandırılmasına dair xüsusi müraciətlə çıxış edib.

Bundan bir qədər əvvəl Rusiya və ABŞ Suriyada barışığa dair razılığa gəliblər. Razılıq fevral ayının 27-si qüvvəyə minib. Tərəflərin bəyanatında qeyd edilir ki, sülh (barışıq) İŞİD, "Nusra Cəbhəsi" və digər terror təşkilatlarından başqa bütün qüvvələrə şamil edilir.

ABŞ lideri Barak Obama bildirib ki, Rusiya ordusu hazırda dünyada gücünə görə ikincidir.

"Əgər Rusiya nizamsız bombardmanları davam etdirərsə, hansıları ki, biz görmüşük, düşünürəm ki, deyə bilərik ki, biz müxalifətin hər hansısa bir uğurunu görməyəcəyik. Bəli, Rusiya ən böyük orduya sahibdir. Aydındır ki, Suriyadakı bir yığın üsyançı dünyada qüdrətcə ikinci olan ordunun silahları ilə yarışa bilməyəcək.", - deyə Barak Obama bildirib.

Mart

Rusiyalı xüsusi-təyinatlı Aleksandr Proxorenko Palmira ərazisində ölüb. O Rusiya HKQ-in zərbələrinin İŞİD terrorçularına yönəldilməsinə dair xüsusi əməliyyatı yerinə yetirən zaman atəşi özünə tərəf istiqamətləndirib.

Xüsusi-təyinatlı bu fədakarlığına görə ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb. Onun doğma şəhəri Orenburq və Çeçenistan paytaxtı Qroznıy şəhərində küçə onun adına adlandırılıb. Qərbdə isə baş leytenant Proxorenko "rus rembosu" adlandırılıb. Rusiya ordusu zərbələri yenidən gücləndirib.

Rusiya HKQ martın 7-dən 27-dək Palmira ərazisində təxminən 500 hərbi uçuş həyata keçirib. Əməliyyat nəticəsində İŞİD terrorçularına 2 mindən çox hava zərbəsi endirilib.

Suriya qoşunları Palmiradakı irəliləyişi gücləndirirlər. İndiyədək Suriyada böyük ərazilər azad edilib və Suriya ordusu özünü daha əmin hiss edir. Putin Suriyadakı qüvvələrin bir hissəsini çıxarmaq qərarını verir:

"Hesab edirəm ki, Müdafiə Nazirliyinin qarşısına qoyulmuş məqsədlər bütövlükdə yerini yetirilib. Buna görə də sabahdan etibarən bizim Suriya Ərəb Respublikasındakı hərbi qruplaşmamızın əsas hissəsinin çıxarılmasını əmr edirəm.", - deyə Putin bildirib.

Aprel

Suriya ordusu Rusiya HKQ-nin dəstəyi ilə Palmira şəhərini İŞİD terrorçularından tamamilə azad edib. Qədim şəhərdə mədəniyyət abidələrinin bərpa edilməsi işləri başlayıb.

Qədim əşyaların qeyri-qanuni ticarəti İŞİD terrorçularının gəlir mənbələrindən birinə çevrilib. Bu terrorçuların neftdən əldə etdikləri gəlirlərinin kəskin şəkildə düşməsindən sonra baş verib. Neft gəlirindəki kəskin eniş, xüsusilə, Rusiya HKQ-in əməliyyatı sayəsində baş verib.

May

Mariinskiy teatrının baş direktoru və bədii idarəçisi Valeriy Gergiyev simfonik orkestr ilə terrorçulardan azad edilmiş Palmira şəhərində çıxış edib.

İŞİD əleyhinə mübarizədəki aşkar uğurlara baxmayaraq, daha çox hərbi mütəxəssis tammiqyaslı quru əməliyyatının zəruriliyi haqda bəyan edirlər. Suriyaya Səudiyyə Ərəbistanının xüsusi təyinatlılarının mümkün göndərilməsinə dair yayılmış şaiyələrdən sonra, Suriyadakı əməliyyatda İran və Türkiyə də daxil olmaqla region ölkələrinin fəal şəkildə iştirak etməsinin zəruriliyi daha tez-tez müzakirə edilir.

"Bizim hesablamarımıza əsasən, əməliyyatın əvvəlində "Nusra Cəbhəsi" və İŞİD-in təxminən 80 min silahlısı var idi. 28 mini artıq məhv edilib... Bu bizim Suriya ordusu ilə bir attığımız addımların nəticələridir. Koalisiya isə iki il ərzində cəmi 5 min terrorçunu məhv edib.", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeniy Lukyanov bildirib.

İyun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurulmuş Rusiya bombardmançısı Su-24-ə görə rəsmi şəkildə üzr istəyir. Vladimir Putin üzrü qəbul edir və Türkiyə ilə münasibətləri yenidən başlatmağı əmr edir.

 

Rusiya müdafiə naziri Sergey Şoyqu dövlət başçısının tapşırığına əsasən Suriyadakı, Xmeymimdəki aviabazaya gedib. O Suriyada ölkə Prezidenti Bəşər Əsədlə də görüşüb.

İyul

ABŞ dövlət katibi Con Kerri Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gəlib. Danışıqlar çətin şəkildə keçirdi, lakin danışıqlar başa çatdıqdan sonra Kerri bildirib ki, tərəflər bəzi məsələlərdə qarşılıqlı anlayışa nail ola biliblər.

"Bizim Rusiyanın təcrid edilməsini öz məqsədi kimi qoyan siyasətimiz yoxdur. Biz həmişə demişik ki, Rusiya və ABŞ həmfikir olan zaman (ortaq məxrəcə gələ bildikləri zaman - red.) bu faydalı olur." - deyə Con Kerri bildirib.

Elə bu zaman "Russia Today"-ın çəkiliş qrupu Homsdan şərqdə yerləşən bir neçə kənddə olub. Cəbhə xətti bu kəndlərin yaxınlığından keçir.

Avqust

Türkiyə xüsusi təyinatlıları Cərablus şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı çərçivəsində  Suriya ərazisinə daxil olub. Əməliyyatın məqsədi terrorçuların Suriya-Türkiyə sərhədi boyunca olan "qidalanmasının" qarşısını almaqdır.

Rusiyanın Qara dəniz flotunun raket gəmiləri  "Kalibr" qanadlı raketlərinin 3 buraxılışını həyata keçirib. Zərbələr Suriyadakı "Nusra Cəbhəsi" terror təşkilatının hədəflərinə endirilib. Dar-Taaza yaşayış məntəqəsi ərazisində yerləşmiş və terrorçulara məxsus komanda məntəqəsini və bazasını məhv edib.

"Rusiya Qara dənizdəki gəmilərindən terrorçuların hədəflərinə qanadlı raketlərdən zərbələr endirərək, yenidən Dünyaya öz hərbi qüdrətini nümayiş etdirdi." - deyə "The New York Times" qəzeti yazıb.

Suriyanın İdlib şəhərində Rusiya HKQ-sinə məxsus Mi-8 vertolyotu vurulub. Ekipajın 3 üzvü və Suriyadakı Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin 2 zabiti həyatını itirib.

Sentyabr

Lavrov və Kerrinin Cenevrədə apardıqları danışıqlardan bir neçə gün sonra əldə edilmiş atəşkəsə dair razılığa baxmayaraq Hələb ərazisindəki döyüşlər davam edir.

Sentyabr ayının 20-si BMT-in humanitar karvanı hücuma məruz qalıb. Karvan Suriya vətəndaşlarına yardım aparırdı. ABŞ araşdırma aparmadan baş vermiş hadisədə Rusiyanı ittiham edib. Rəsmi Moskva isə bildirib ki, hücumu terrorçular törədib. Birləşmiş Ştatların təşəbbüsü ilə  BMT Təhlükəsizlik Şurasının Suriya üzrə təcili iclası çağırılıb. Rusiya vəhşi rəftarda ittiham edilib, lakin Moskvaya qarşı heç kim tutarlı arqument təqdim etməyib. BMT TŞ-dakı çıxışı zamanı ABŞ dövlət katibi Con Kerri çoxlu ziddiyətli sözlər deyib.

Sentyabr ayının sonunda Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi telefon danışığı zamanı bildirib ki, ABŞ Suriyaya dair sazişdən çıxa bilər. Səbəb isə Suriya ordusunun Hələb ərazisindəki hücum əməliyyatının güclənməsidir. Bəzi məlumatlara əsasən, Suriya ordusunun Moskva tərəfindən dəstəklənməsinə cavab olaraq, Vaşinqton müxalif qüvvələrə verdiyi dəstəyi artıra bilər.

Müəllif: İlya Krol, Pavel Romanov

Tərcümə: İlkin Mustafayev

Tərcümə "islamazeri.az" saytına məxsusdur.


Rusiyanın Suriyada əməliyyatlara başlamasından bir il keçir: Rəqəmlər, Faktlar, Sitatlar - XRONOLOGİYA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya Yəmənə görə dünya ictimaiyyətini qınadı
    Rusiya xarici işlər naziri Yəmən münaqişəsi barədə münasibət bildirib.
     24.03.2017
    Xarici bloqqer 10 dollara Bakıda bunları etdi - VİDEO
    Dryu Binski adlı ABŞ-lı bloqqer ölkəmizdə olub.
     24.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ