1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.08.2017 18:12:48

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ ilə Şimali Koreya arasında birbaşa toqquşma ehtimalının son dərəcə artdığına işarə edərək "Bu son dərəcə dəhşətli nəticələrə yol açacaq. Rusiya olaraq bunun olmaması üçün əlimizdən gələni edirik",- deyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Lavrov Rusiyanın Vladimir şəhərində iştirak etdiyi bir tədbirdə ABŞ ilə Şimali Koreya arasında yaşanan gərginliyi dəyərləndirib.

ABŞ və Şimali Koreya arasındakı dialoqun narahatlıq verici ölçülərə çatdığını vurğulayan Lavrov, "ABŞ-ın Şimali Koreyanı və Şimali Koreyanın də Quam adasını vurmaq istiqamətindəki ritorikaları davam edir. İki ölkə arasında birbaşa toqquşma ehtimalı son dərəcə yüksəlib",- deyə bildirib.

İki ölkə arasında qarşıdurma baş verməsi halında bir çox insanın həlak olacağına işarə edən rusiyalı nazir, "Bu son dərəcə dəhşətli nəticələrə yol açacaq. Rusiya olaraq bunun olmaması üçün əlimizdən gələni edirik",- deyib.

XİN Şimali Koreyanın nüvə silahı olmasının Rusiyanın qəbul etməyəcəyinə diqqəti çəkərək "Şimali Koreya böhranının həlli üçün Rusiya və Çinin ortaq olaraq təqdim etdiyi bəzi təkliflərin dəyərləndirilməsi lazım olduğunu düşünürük",- deyib.


Rusiyadan Şimali Koreya açıqlaması: Birbaşa toqquşma ehtimalı yüksəkdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhaninin
    Yanvar ayının 8-də İran prezidenti Maliyyə və İqtisadiyyat nazirləri, o cümlədən millət vəkillərilə görüşü zamanı verdiyi açıqlamalara böyük din alimlərinin etirazları davam etməkdədir.
     23.01.2018
    Neft və qızıl bahalaşıb
    Dünya birjalarında neft və qızıl bahalaşıb.
     23.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ