EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.03.2017 16:21:12

Rusiya Prezidenti İsrail Baş nazirini aktual mövzular haqda danışmağa səsləyib.

İslamazeri.az-ın “Sputnik”-ə istinadən verdiyi xəbərə əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Putin görüşün əvvəlində Netanyahunu qarşıdan gələn yəhudi bayramı “Purim” münasibəti ilə təbrik edib.

Qeyd edək ki, yəhudilərin müqəddəs kitabı “Tanax”-a əsasən, “Purim” yəhudiləri öldürməyə çalışmış fars vəzir Həmandan onların xilas olması münasibəti ilə qeyd edilir.

Putinin təbrikinin cavabında Netanyahu bildirib ki, “Fars İmperiyası təxminən 2500 il öncə yəhudiləri yox etməyə çalışsa da buna müvəffəq olmayıb. Adıçəkilən imperiyanın varisi olan İran da bu gün yəhudi dövlətini məhv etmək istəyir”.

İran bunu maksimum dərəcədə açıq şəkildə bildirir, qəzetlərində də bunu yazır. Ancaq artıq İsrailin öz torpaqları və bu torpaqları qoruyan ordusu var. Lakin islamçı şiə terroru təkcə bizi deyil, həm də dünyanı təhdid edir. Əminəm ki, istər şiə, istərsə də sünni olsun, hamımız radikal islamçı terrorun qarşısını almaq istəyirik.”, - deyə Netanyahu bildirib.

Netanyahunun barəsində danışdığı, yəni eramızdan əvvəl 5-ci əsrdə baş vermiş və “Purim” bayramının qeyd edilməsinə səbəb olan hadisələrə toxunan Putin bildirib ki, “artıq fəqrli bir dünyada yaşayırıq, buna görə də bu məsələlər (aktual məsələlər) haqda danışaq”.

Qeyd edək ki, israilli nazir son 11 ay ərzində artıq 3-cü dəfədir Moskvaya gəlib. Onun bu səfərlərinin çoxluğunun səbəbi, Rusiyanın Yaxın Şərqdə artmaqda olan təsirinin bir göstəricisi kimi şərh edilir.


Rusiyadan İsrailə: 2500 il öncə baş verənlərə görə İranı mühakimə etməyin!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda qadın və kişi binanın eyvanından yıxıldı
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
     29.04.2017
    Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən təbii resept
    Mədə-bağırsaq xəstəlikləri geniş yayıldığından bununla əlaqədar mütəxəssis reseptini təqdim edirik.
     29.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ