EURO 2,0116 NEFT 62,83
USD 1,7001 RUB 0,029
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:16.06.2017 12:00:58

Rusiya aviasiyası İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Hava-Kosmik Qüvvələri Suriyanın Raqqa şəhərinin yaxınlığında zərbə endirib. Nəticədə 330-a yaxın terrorçu və İŞİD-in “hərbi şurasına” daxil olan yüksəkvəzifəli terrorçular da məhv edilib.

“Su-35 və Su-34 hərbi təyyarələrinin zərbəsi nəticəsində terror təşkilatının yüksəkvəzifəli komandirləri, həmçinin 30-a yaxın orta rütbəli səhra komandiri və onların şəxsi mühafizəsindən olan 300-dək terrorçu məhv edilib. Həmin yüksəkifvəzifəli komandirlər İŞİD-in hərbi şurasının üzvləri olublar.”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

İŞİD liderlərinin Raqqanın cənubunda keçirəcəyi müşavirə barədə məlumat Rusiya Müdafiə Nazirliyinə hələ may ayında daxil olub. Məlumatların yoxlanılması zamanı əlavə olaraq müəyyən etmək mümkün olub ki, görüşün məqsədi terrorçuların “cənub dəhlizi” ilə Raqqadan çıxarılma marşrutunun planlaşdırılması olub.

Məlum hava əməliyyatı may ayının 28-si, Moskva vaxtı ilə 00.35-dən 00.45-dək baş tutub. Zərbələr, görüşün yeri və zamanı haqda məlumatlar PUA-lar vasitəsilə təsdiqləndikdən sonra endirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, məhv edilmiş terrorçular arasında Raqqanın “əmiri” Əbu əl-Həci əl-Mısri, İbrahim Ən-Nayef əl-Həc və İŞİD-in “təhlükəsizlik xidmətinin rəisi” Süleyman əl-Şəvəh də var.

ABŞ tərəfinin Rusiya aviasiyasının əməliyyatı barədə əvvəlcədən xəbərdar edildiyi qeyd edilir.


Rusiyadan İŞİD-ə ağır zərbə: Yüzlərlə terrorçu və liderlər məhv edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilərdən Səud güclərinə zərbə - VİDEO
    Husilər Səudiyyə qüvvələrini yenə pusquya salıb
     14.12.2017
    Bakıda İcra Hakimiyyətinin baş mühasibi həbs olunub - SƏBƏB
    Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
     14.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ