EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:24.06.2017 11:35:02

Azərbaycan ilə Rusiya arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.

Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.

Eyni zamanda 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində “Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənəvun adına təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcəkdir. Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Silahlı Qüvvələrinizin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcəkdir.


Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ