1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.10.2017 11:25:25

Duma Müdafiə Komitəsinin sədri Vladimir Şamanov ABŞ-ın Baltikyanı ölkələrdəki varlığını artırmasına cavab olaraq Kalininqrada daha çox "İsgəndər" raketi göndərəcəklərini bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Duma Müdafiə Komitəsinin sədri Vladimir Şamanov ABŞ-ın Baltikyanı ölkələrdəki varlığını artırmasına cavab olaraq Kalininqrada daha çox "İsgəndər" raketi göndərəcəklərini bildirib.

Jurnalistlərə ABŞ-ın hərəkətləri ilə bağlı danışan Şamanov bildirib ki, "Bu məsələyə etinasız yanaşmayacağıq. Mütləq lazımi tədbirləri görəcəyik."

"Görüləcək tədbirlər arasında qərb sərhədlərindəki rus qoşunlarını gücləndirmək varmı?",- sualına Vladimir Şamanov "Mümkündür",- cavabını verib.

Komitə sədri Kalininqraddaki "İsgəndər" raketlərinin sayının da artırılacağını bildirib.

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə qanunsuz şəkildə təşkilatlandığını və bölgəyə qoşun yerləşdirdiyini açıqlamışdı.

Qeyd edək ki, Kalininqrad Rusiya Federasiyasının Rusiya ilə quru əlaqəsi olmayan Litva ilə Polşa arasında yerləşən Baltik dənizi sahilində olan ərazisidir.


Rusiyadan ABŞ-a "İsgəndər" mesajı: Daha çox yerləşdirəcəyik...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ