1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:09.08.2019 12:01:58

"Rusiya mütəxəsisləri axtarış işlərinə iki gündən sonra qoşulacaq", Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Rusiyanın Xəzər donanmasının axtarış-xilas etmə bölməsinin mütəxəssisləri Xəzərdə itkin düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısının axtarışlarına qoşulur.

Azərbaycan Müdafiə Nazirliyi BBC News Azərbaycancaya bildirib.

"Rusiya mütəxəsisləri axtarış işlərinə iki gündən sonra qoşulacaq", Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"50 nəfərədək olan axtarış dəstəsinin tərkibində "Anatoli Qujvin" kiçik hidroqrafiya gəmisi, "SB-45" xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil "MMK-1-100" kompleksi yer alır", Rusiya tərəfinin yaydığı məlumatda bildirilir. 

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında qeyd edilib ki, təxmini axtarış rayonunun sahəsi 600 kvadrat kilometrdən çoxdur, suyun dərinliyi isə 40-metrə qədərdir.

"Habelə axtarış tədbirlərinə teleidarəetməli "Falkon" sualtı aparatını, "Super QNOM Pro" teleidarəetməli sualtı baxış aparatını və "Tayger" pilotsuz sualtı aparatını cəlb etmək planlaşdırılır",- Rusiya Müdafiə Nazirliyinin saytında göstərilib.

İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.

Axtarışları davam edən MİQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin taleyi barədə məlumat verilməyib.

Qəzaya uğradığı güman edilən hərbi təyyarənin axtarışına Türkiyə mütəxəssisləri də cəlb olunub.


Rusiya Xəzərdə itkin düşmüş Azərbaycan MİQ-29 pilotunun axtarışlarına qatılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Süleymaninin dəfnindəki əzəmət göstərdi ki, xalqımız müqavimətə inanır
    İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin üzvləri ilə video-konfrans formasında görüş keçirib.
     13.07.2020
    Şəhidlərimizdən biri doğma kəndində dəfn olundu - FOTO
    Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində dəfn edilib.
     13.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ