EURO 2,0342 NEFT 56,73
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:08.04.2017 11:58:00

Türkiyəli kontr-admiral ABŞ-ın son addımlarını şərh edib.

İslamazeri.com-un “Haqqin.az” saytına istinadən verdiyi xəbərə əsasən, türkiyəli kontr-admiral Soner Polat əmindir ki, ABŞ-ın Suriyaya endirdiyi raket zərbələri Suriya münaqişəsinə zərər vuracaq.

ABŞ-ın hərəkətlərinə hiddətlənən Soner Polat, birmənalı olaraq bildirib ki, “Tramp bu cür zərbələrlə bu iztirablı ölkədə ancaq vəziyyəti daha da pisləşdirəcək”.

ABŞ, mahiyyətcə, suveren ölkəyə qarşı aqressiya göstərib. Rusiya Krımı tutaraq, ABŞ isə təkbaşına İraqda, Liviyada, indi də Suriyada da aqressiya nümayiş etdirərək, ümumi səylərlə BMT-ni bir təşkilat kimi dəfn ediblər. Əgər bu ölkələr fikrlərindən dönməsələr, dünyanı müsibət gözləyir. Regiondakı bu cür hadisələr Türkiyə üçün də təhlükəlidir. Çünki biz, nəticə etibarı ilə qaçqın axını ilə üzləşirik. ABŞ Suriyadakı zərbəsinə, Əsədin, guya ki, kimyəvi silahdan istifadə etməsi ilə bəraət qazandırır. Üzr istəyirəm, bəs sübutlar hanı?

Tramp artıq neokonservatorların nəzarəti altına keçib və o, artıq ona deyilənləri edəcək. Təsadüfi deyil ki, ABŞ Prezidenti bir neçə gün öncə “Böyük Yaxın Şərq” layihəsinin müəllifi Kondoliza Raysı qəbul edib. Görünür, bu görüş zaman Rays Trampı Suriya müxalifətini və kürdləri dəstəkləməyə razı salıb. Bu layihənin və dünənki bombardmanların yekun nəticəsi Kürdüstanın yaradılması ola bilər, və Türkiyənin də bunu anlamasının vaxtıdır. ABŞ üçün, mahiyyətcə, orada nə qədər uşağı öldüyünün fərqi yoxdur, ona regionda qələbə lazımdır. Bunun “prizi” isə regionda yeni “peykin”, yəni Kürdüstanın yaranması olacaq.”, - deyə türkiyəli kontr-admiral qeyd edib.

Rusiyalı politoloq Sergey Sudakov, ABŞ-ın Suriyadakı bazaya endiriyi zərbəni şərh edərkən qeyd edib ki, ABŞ Corc Buşun siyasəti və Barak Obama siyasətinin ən bərbad illərinə geri dönmək qərarına gəlib.

Məsələ burasındadır ki, ABŞ-ın direktivi hər zaman güc mövqeyindən çıxış etməkdir. Razılığa gəlməmək isə bizi çoxdan unudulmuş “soyuq müharibəyə” geri qaytarır. Lakin, digər tərəfdən isə, bu qədər uzun zaman ərzində yoluna düşən və üzərlərinə böyük ümidlərin qoyulduğu Rusiya-ABŞ əməkdaşlığının bərpası və tamdəyərli dialoqun mümkünlüyü, artıq böyük bir sual altındadır. İndiki bombardman göstərir ki, ABŞ etibarlı müttəfiq ola bilmir.”, - deyə o qeyd edib.

Bundan da əlavə, Sudakov hesab edir ki, Trampın seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi “İŞİD-lə mübarizədə Rusiya ilə birgə hərəkət” haqda sözlərin dəyəri qalmayıb.

Tərcümə İslamAzeri.com saytına məxsusdur.


"Rusiya və ABŞ fikirlərindən geri dönməsə, dünyanı müsibət gözləyir" - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hindistan hərbçiləri 6 pakistanlını qətlə yetiriblər, xeyli yaralı var
    Kəşmir sərhədində Hindistan ordusunun açdığı atəş nəticəsində dinc sakinlər həlak olub.
     22.09.2017
    Emmanuel Makron mübahisəli əmək qanununu imzalayıb
    Həmkarlar ittifaqları və müxalifətin etirazlarına baxmayaraq yeni məşğulluq qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
     22.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ