EURO 1,9369 NEFT 62,71
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.01.2019 19:49:18

Rusiya Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı hesabat hazırlayıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriya ərazisindəki anti-terror əməliyyatında 70 min Rusiya hərbçisi, o cümlədən də 460 general iştirak edib.

Bu haqda Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.

Qeyd edilir ki, Rusiya hərbçiləri 2015-ci ildən başlayaraq Suriyada 87 min terrorçunu məhv edib. Həmin terrorçular arasında 830 yüksək vəzifəli səhra komandiri olan terrorçular da olub. Bundan başqa, 1000-dən çox səhra düşərgəsi, 10 min silah-sursat anbarı, 650 tank və 700 döyüş maşını məhv edilib.

Bu dövr ərzində Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyasının ekipajının 87%-i, ordu aviasiyasının 91%-i və hərbi-nəqliyyat aviasiyasının 97%-i döyüş təcrübəsi qazanıb.

Qeyd edək ki, Rusiya əməliyyatının başlamamasından öncə, Suriya ərazisinin 92%-i terrorçuların nəzarəti altında idi. İndi isə, ölkə ərazisinin 96,5 faizi hökumət qüvvələrinin nəzarəti altındadır.


Rusiya Suriya əməliyyatı haqda məlumatları açdı: 70 min rus əsgər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Suriya kürdlərinə ən müasir silahlardan verdi
    ABŞ YPG-yə silahlar verib.
     21.01.2019
    İcra Hakimiyyətindən “səs-küylü” fotoya münasibət
    İ.Kərimov qeyd edib ki, eskalator və lift xiyabanda sonuncu qəbirlər olan hissədə quraşdırılıb.
     21.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ