EURO 1,8968 TRY 0,2888
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.09.2018 09:17:44

Putinin səfəri Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın birinci plana çıxmasını göstərəcək.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr olunacaq və iki dövlətin əməkdaşlığının çoxtərəfliyinin sübutu olacaq.

Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" agentliyinə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib.

Agentlik qeyd edir ki, Vladimir Putinin səfəri Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın birinci plana çıxmasını göstərəcək.

"İqtisadi əlaqələrin aktivləşdirilməsi üçün istiqamətlərdən biri Xəzərdə əməkdaşlıqdır. Bir ay öncə imzalanan Konvensiya iqtisadi transsərhəd əməkdaşlığının istiqamətləri toplusunu özündə əks etdirir. Həmçinin söhbət ölkələrimizin nəqliyyat infrastrukturunun fəal istifadəsindən gedir".

Umaxanov həmçinin qeyd edib ki, Konvensiya eyni zamanda siyasi əlaqələrin möhkəmləsi üçün bünövrədir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 25-nə planlaşdırılıb.


Rusiya prezidentinin Azərbaycana səfərinin detalları açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda marşrut avtobusunun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı
    Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.
     25.04.2019
    Qabiliyyət imtahanlarının şərtləri dəyişdirildi
    2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ