1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:06.10.2016 13:49:06

Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Suriya təcrübəsini nəzərə almaqla silahların mükəmməlləşdirilməsinə həsr edilmiş hərbi-texniki konfrans zamanı bildirib.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, yüksək dəqiqliyə sahib uzaq və yaxınmənzilli silahlar ilə digər hərbi texnikalar Rusiya Hava-Kosmik Qüvvələrinin (RHKQ) Suriyadakı əməliyyatı zamanı öz effektivliyini göstərib. Nəticədə orada vəziyyət sabitləşə və böyük ərazilər terrorçulardan azad edilə bilib.

"Bizim Silahlı Qüvvələrin Suriya Ərəb Respublikasında hərbi əməliyyatlara başlamasından 1 il keçib. Bu zaman ərzində ölkədəki vəziyyəti sabitləşdirmək, böyük əraziləri qlobal terror qruplaşmalarından azad etmək, Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin işini yoluna qoymaq mümkün olub.", - deyə nazir hərbi-texniki konfrans zamanı bildirib. Qeyd edək ki, konfrans Suriya təcrübəsini nəzərə almaqla silahların mükəmməlləşdirilməsinə həsr edilib.

Şoyqu xatırladıb ki, RHKQ əməliyyat ərzində terrorçuların toplaşma yerlərinə və onların infrastrukturlarına zərbələr endirirlər. Onlar humanitar yüklərin Suriya vətəndaşlarına çatdırılmasını həyata keçirir və digər mühüm məsələləri də həl edirlər.

"Xəzər və Aralıq dənizlərindəki gəmi və sualtı qayıqlardan uzaqmənzilli və yüksək dəqiqliyə sahib silahlardan istifadə etməklə praktiki təcrübələr qazanılıb. Strateji Aviasiyanın Təyyarələri  real hərbi şəraitdə ilk dəfə olaraq hava əsaslandırmalı yeni X-101 raketlərindən istifadə ediblər. Məlum raketlər 4500 kilometr uzaqlığa qədər təsir məsafəsinə sahibdir.", - deyə Şoyqu bildirib.

"Yerli istehsal olan bir çox müasir silahlar çətin səhra şəraitində olan məkanlarda sınaqdan keçib və bütövlükdə öz etibarlılıq və effektivliklərini nümayiş etdiriblər.", - deyə nazir bildirib.

O qeyd edib ki, hazırda müdafiə-sənaye kompleksləri tərəfindən  yaxın gələcəkdə ordunun istifadəsinə veriləcək perspektivli silahlar yaradılır: "Yeni nümunələrin yaradılması, həmçinin əldə olan texnikanın istifadəsi zamanı da Suriya təcrübəsinin nəzərə alınması vacibdir."

Şoyqu qeyd edib ki, konfransda müəssisə və müdafiə-sənaye kompleksləri təşkilatlarının rəhbələri, o cümlədən də Müdafiə Nazirliyinin silahlar və hərbi texnikanın hərbi tətbiqində iştirak etmiş vəzifəli şəxsləri var: "İş zamanı onların fikirlərini dinləyəcəyik. Bizim Suriyadakı silahlarımızın istismarının, qulluq edilməsinin və təmirinin problemli məsələlərni müzakirə edəcəyik."

O əlavə edib ki, hərbçi və sənayeçiləri yeni silah nümunələrinin çatışmayan cəhətlərinin düzəldilməsi tədbirlərini müəyyən etmək gözləyir: "Ümid edirəm ki, dialoq faydalı olacaq, effektiv və uyğunlaşdırılmış qərarlar işləyib hazırlamağa imkan verəcək, hansı ki onlar, silahlı mübarizə vasitələrinin prioritet inkişafı istiqamətində əsas təşkil edir.


Rusiya MN: 1 ildir davam edən Suriya əməliyyatımızda vəziyyəti sabitləşdirmək mümkün olub - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səfir:  Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
    Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
     26.03.2017
    Ərəb kralları Hüsnü Mübarəklə telefon əlaqəsi qurdular
    Ərəb dünyasının krallarından bəziləri Misir diktatoru Hüsnü Mübarəklə telefon bağlantısı yaradıblar
     26.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ