EURO 1,9635 NEFT 81,05
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.09.2018 12:45:12

Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenkov.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya İsrail rejimi hərbçilərinin Suriyanın Lazkiyyə əyalətindəki fəaliyyətini düşmən fəaliyyəti olaraq qiymətləndirir. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenkov.

Onun sözlərinə görə, İsrail rejimi pilotları İl-20 təyyarəsinin arxasında gizlənərək onu Suriya Hava Hücumundan Müdafiə sisteminin zərbəsinə tuş gətiriblər.

F-16-dan da yaxşı effektiv əksedici səthə sahib İl-20 S-200 kompleksinin raketi ilə vurulub.”, - deyə Konaşenkov bildirib.

Qeyd edilir ki, F-16  pilotları Rusiyanın təyyarəsini görə bilmirdilər, çünki o, 5 km hündürlükdən enişə gedirdi. Bununla belə onlar təxribat törətdilər.

İsrail hərbçilərinin məsuliyyətsiz  fəaliyyəti nəticəsində 15 rusiyalı hərbi qulluqçu həlak olub. Bu, qətiyyən Rusiya-İsrail həmkarlıq üslubuna cavab vermir.”, - deyə Konaşenkov əlavə edib.

O həmçinin qeyd edib ki, İsrail tərəfi planlaşdırılan əməliyyat haqda Rusiya komandanlığına xəbər verməyib.

Zərbəyə 1 dəqiqədən də az qalmış qaynar xətlə xəbər gəldi, ki, bu da Rusiya təyyarəsini təhlükəsiz zonaya çıxarmağa imkan vermədi.”, - deyə Konaşenkov deyib.

Onun sözlərinə görə, Mudafiə Nazirliyinin adekvat cavab tədbirləri görmək haqqı var.

İsrailin Moskvadakı səfirliyi bu məlumatı şərh etməkdən imtina edib.

 

İl-20 təyyarəsinin itməsi

İsrail rejiminə məxsus 4 F-16 qırıcısının Lazkiyyə əyalətinə hücumu zamanı İl-20 təyyarəsi radarlardan itib. Həmçinin bu bölgədə Fransanın “Auvergne” adlı hərbi gəmisi də vardı. Yerli vaxtla 23:00 radələrində Suriya sahilindən 35 km uzaqlıqda ekipajla olan əlaqə kəsildi.

Qəza yerində axtarış əməliyyatı davam etdirilir.

İl-20 radioelektron kəşfiyyat və radioelektro mübarizə təyyarəsidir. Bu təyyarə Suriyadakı döyüş əməliyyatları zamanı özünü yaxşı göstərib.


Rusiya: İsrail təyyarəmizin vurulmasına və 15 hərbçimizin ölümünə səbəb oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əsəd Trampa və digərlərinə qalib gəldi - The National Interest
    “Əsəd qalib gəldi, Vaşinqton isə uduzdu.”
     15.10.2018
    Hüquq müdafiəçiləri cənub bölgəsində tanınmış kriminal avtoritetlə görüşüb - FOTO
    Cənub bölgəsini əhatə edən rayonların Polis Şöbələrində monitorinq keçirilib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ