EURO 2,0152 NEFT 63,74
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.04.2017 18:08:38

Rusiya, İran və Suriya xarici işlər nazirləri ortaq bəyanatla çıxış edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, rəsmi Moskva, Dəməşq və Tehran ABŞ-ın Suriyaya endirdiyi zərbənin aqressiya aktı olmasına dair razılığa gəliblər. Bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya və İran xarici işlər nazirləri ilə keçirdiyi görüşün yekunlarına dair çıxışında açıqlama verib.

Biz, həmkarlarım Valid Muallem və Muhəmməd Cavad Zəriflə mühüm danışıqlar apardıq. Bu danışıqlar bizə, Suriya münaqişəsinin həlli ətrafında baş vermiş son hadisələrin gedişatı ilə bağlı mövqelərimizi tutuşdurmağa imkan verdi. Bu cür 3-lü formatda keçirilən dialoq artıq ənənə halını alıb. Biz 2016-cı ilin oktyabrında da 3-müz Moskvada görüşmüşdük. Bu səfər isə, hər şeydən öncə, ABŞ-ın aprel ayının 7-si Suriyadakı aerodroma endirdiyi raket zərbələrinin nəticəsində yaranmış vəziyyəti gözdən keçirdik. Biz mövqemizi təsdiqlədiq, o eynidir: söhbət aqressiya aktı, beynəlxalq hüquq prinsiplərinin və BMT nizamnaməsinin kobud şəkildə pozulmasından gedir.”, - deyə Lavrov bildirib.

 

Suriyanın xarici işlər naziri isə öz növbəsində ABŞ-ın Suriyaya təcavüzünün hədəflərindən birini açıqlayıb. “Al Alam”-ın verdiyi məlumata əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bu mövzuya toxunan Vəlid Muallem deyib: “Bu hədəflərdən biri ölkə böhranının həlli üçün təşkil olunan sülh prosesinə mane olmaqdır. Biz Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Astanadakı rolunun zəifləməsinin şahidi olduq. ABŞ-ın Suriyaya təcavüzü beynəlxalq hüququn tapdanması deməkdir. Mən bu hücumu təcavüz adlandırıram, çünki BMT-nin qoyduğu çərçivədən kənardır.


Rusiya, İran və Suriyadan ABŞ-a dair ortaq bəyanat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ