EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:19.05.2017 17:06:35

Dünyanın hegemon ölkələrindən olan Rusiya haqqında bu məlumatları daha əvvəl eşitmişdinizmi?

Yeni qəbul edilən bir qanunla Rusiyada uşaqlarla homoseksuallar haqqında danışmaq qadağandır. Bunu edənlər haqqında "gəncləri homoseksualizmə həvəsləndirmək" ittihamı ilə cinayət işi açıla bilir.

 

Rusiyada qadınların sayı kişilərin sayından 9 milyon nəfər çoxdur.

 

Rusların üçdə biri elə bilir ki, Günəş Dünyanın ətrafında fırlanır.

 


Varlı ruslar tıxaca düşməmək üçün saxta ambulaslar icarəyə götürür.

 


İddiaya görə, Rusiyada heç kimin yerini bilmədiyi və xəritələrdə da yer almayan 15 gizli şəhər yerləşir.

 


Rusiyada çirkli maşın sürənlər cərimələnir.

 


Qərbi Sibirdə yerləşən Megion bölgəsi qubernatoru Megionda bəhanə etməyi qadağan edib.

 

Orta hesabla bir rus ildə 18 litr spirtli içki qəbul edir. Bu nisbət mütəxəssislərin təhlükə hədinin az qala iki qatıdır.

 


Rusiyada iqtisadi böhran vaxtlarında məktəb müəllimləri maaşlarını araq ilə ala bilər.

 


ABŞ Alyaskanı Rusiyadan 1867-ci ildə 7.2 milyon dollara satın alıb.

 



Pivə Rusiyada 2011-ci ilə qədər spirtli içki sinfində deyildi. Əlaqədar qanun dəyişənə qədər 10 faiz spirt dəyərinin altında olan içkilər "alkoqollu" sinfinə daxil edilmirdi.

 


Sibir regionu Rusiyanın 77 %-ini təşkil edir.

 


Rusiyanın ərazisi Pluton planetindən daha böyükdür: 17 milyon km2 / 16.6 milyon km2

 


Rusiya-ABŞ sərhədinin ən yaxın olduğu yer olan Diomede adalarının arasındakı məsafə sadəcə 4 kilometrdir. Kiçik Diomede adası ABŞ sərhədlərinin daxilində, Böyük Diomede adası isə Rusiyaya aiddir.

 


I Pyotr zamanında Rusiyada Saqqal vergisi adlı bir vergi toplanırdı. Ölkədə saqqal saxlayan hər kəs bu vergini verməyə məcbur idi.

 


Rusiyada yerləşən Qaraçay gölü dünyanın ən radioaktiv və çirkli gölüdür.

 


Rusiyada bəzi muzeylərdə incəsənət əsərlərinə gəmiricilər tərəfindən zərər dəyməməsi üçün pişiklər "işlədilir".

 


Rusiya və Yaponiya 2-ci Dünya Müharibəsindən sonra hələ də sülh müqaviləsi imzalamayıb. Səbəbi isə iki ölkə arasındakı Kuril adaları böhranıdır.


Rusiya haqqında bəlkə də heç vaxt eşitmədiyiniz maraqlı məlumatlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ