EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:25.10.2018 21:45:06

Bu addımın ABŞ-da faizlərin yüksəlməsinə səbəb olduğu bildirilir.

Amerikan xəbər saytı "Business Insider" ötən aprel-may dövründə Rusiyanın dövlət borcundakı ABŞ istiqraz vərəqələrinin payını 96 milyard dollardan 15 milyard dollara endirdiyini və bu addımın ABŞ-da faizlərin yüksəlməsinə səbəb olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, bahalı kreditlərin Amerika iqtisadiyyatının böyüməsini məhdudlaşdırdığı üçün bu vəziyyətin seçki kampaniyasında iqtisadiyyatı inkişaf etdirmə sözü verən ABŞ Prezidenti Donal Trampın narazılığına səbəb olduğu qeyd edilib.

Rusiyanın Amerikan qiymətli kağızlarından imtina etmək üçün bir çox səbəbi olduğu bildirilən məqalədə, rəsmi Moskvanın keçən aprel ayında tətbiqetməyə qoyulan Rusiya sanksiyalarından sonra məhdudlaşdırıcı tədbirlərinin ABŞ qiymətli kağızlarını da əhatə edəcəyi ehtimalını istisna etmədiyi ifadə edilib.

Ancaq ABŞ üçün əsl böyük təhdidi Rusiyanın deyil, Çinin yaratdığını yazan sayt, Çinin də Amerikanın istiqraz vərəqələrindən xilas olmağa başlaması halında nəticələrin ABŞ iqtisadiyyatı üçün çox ağır olacağını bildirib.


Rusiya dövlət borcundakı ABŞ istiqraz vərəqələrinin payını 96 milyard dollardan 15-ə endirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ