1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.11.2017 12:22:34

Terrorçuların qaçdığı daha bir ölkə isə Sudan olub.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Suriya və İraqdakı ağır məğlubiyyətlərin fonunda İŞİD terrorçuları, sözün əsl mənasında, digər ölkələrin ərazilərinə qaçışmağa başlayıblar.

Ekspertlər qeyd edirlər ki, terrorçuların üz tutduğu əsas ölkələr Əfqanıstan, Liviya və Avropa ölkələridir. Terrorçuların qaçdığı daha bir ölkə isə Sudan olub.

Rusiya Elmlər Akademiyası Ərəb və İslam Araşdırmaları İnstitutunun Baş elmi əməkdaşı, tarix elmləri namizədi Boris Dolqovun sözlərinə görə, ölkədəki daxili mürəkkəblik və qeyri-sabitliyi nəzərə alaraq, demək olar ki, Sudan İŞİD terrorçuları üçün “tam münasib məkandır”.

“Sözsüz ki, bu dünya ictimaiyyətinin, hər şeydən öncə İŞİD-ə qarşı mübarizə aparan və terrorçuların üz tutacağı ölkələrin məsələsidir. Rusiya da narahatlığını ifadə edir və maraq göstərir və terrorçuların təhlükəyə çevrilməməsi üçün addımlar atır.”, - deyə ekspert qeyd edib.


Rusiya daha bir ölkədə İŞİD ovuna başlaya bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ