1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:04.04.2020 10:30:23

Hökumət xaricdə ilişib qalan vətəndaşlarının müvəqqəti qalma haqqını ödəmək üçün Xarici İşlər Nazirliyinə 500 milyon rubl ($6.5 milyon dollar) ayırdığını bildirib.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, cümə günü Rusiya koronavirus pandemiyasının yayılmasını məhdudlaşdırmaq məqsədilə gecə yarısından etibarən vətənə dönən vətəndaşları da daxil olmaqla, ölkə daxilinə və xaricinə bütün uçuşların müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Ölkənin Koronavirus Əməliyyat Mərkəzi rusiyalıları evə gətirən və xarici vətəndaşları geri daşıyan bütün çarter reyslərin dayandırılacağını və uçmaq istəyənlərin şənbə günündən etibarən istifadəyə veriləcək xüsusi forma doldurmalı olacaqlarını bildirib.

Hökumət xaricdə ilişib qalan vətəndaşlarının müvəqqəti qalma haqqını ödəmək üçün Xarici İşlər Nazirliyinə 500 milyon rubl ($6.5 milyon dollar) ayırdığını bildirib.

Koronavirusa 4,149 yoluxma, 34 ölüm halını təsdiq edən Rusiya bütün beynəlxalq reysləri martın 27-dən dayandırmış, ancaq uçuşların vətənə dönən vətəndaşlar üçün davam edəcəyini bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü xaricdəki 25,000 vətəndaşının vətənə qayıtmaq üçün müraciət etdiyini və onların bir çoxunun koronavirusun qarşısının alınması səylərinə görə qapalı şəraitdə qaldıqlarını bildirib.

Cümə günü Aeroflota məxsus Moskva-Nyu York reysi sərnişinlər təyyarəyə mindikdən sonra təxirə salınıb, hərçənd ki, onlara uçuşun baş tutacağı bildirilmişdi. Bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.


Rusiya bütün uçuşları dayandırmaq istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ