1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:22.12.2016 14:22:11

1860-cı illərdə Çar Rusiyası Alyaskanı ABŞ-a neçiyə və niyə satdı?

Alyaskaya görə alınmış qızıl II Aleksandra niyə çatmadı? 

Vaxtilə Rusiya ərazisi olmuş Alyaskanın XIX əsrin sonunda cüzi məbləğə ABŞ-a satılmasının peşmançılığını ruslar bu gün də yaşayırlar. Sən demə, çar II Aleksandr o boyda torpağa görə aldığı pulun bəlkə də yarısını belə ala bilməyib. Hafta.az Rusiya mediasından bu haqda maraqlı məlumatlar əldə edib.

1867-ci il martın son günlərində Vaşinqtonda çar Rusiyası ilə o zaman Şimali Amerika Birləşmiş Ştatları adlanan (ŞABŞ) arasında Alyaskanın satılmasıyla bağlı tarixi alqı-satqı müqaviləsi bağlandı. Müqaviləyə əsasən, 1 mln. 519 min kv.km-lik Rusiya ərazisi 7 mln. 200 min ABŞ dolları (11 milyon çar pulu) müqabilində Amerikaya verilməli idi. Ancaq həmin məbləğin hamısını çar hökuməti ala bilmədi.

Belə ki, Rusiyanın ŞABŞ-dakı səfiri Eduard Stekl 7,2 mln. pulun 21 min dollarını özünə saxladı. 144 min dollarını da guya müqavilənin ratifikasiya olunması üçün səs vermiş senatorlara rüşvət kimi payladı. Qalan təxminən 7 mln. dolları isə fərasətli məmur bank köçürməsi ilə Londona göndərdi. Pulun öncə funt sterlinqə, sonra isə qızıla dəyişdirilməsi zamanı da daha 1,5 mln. dollar da itirildi.

Yəni, həmin məbləğ sələmçilərin cibinə getdi. Qalan 5,5 milyonluq qızıl sikkələri isə dəniz yolu ilə Peterburqa yola salındı. Göyərtəsində qiymətli yük olan “Orkni” gəmisinin 16 iyul 1868-ci ildə Rusiyaya çatmadan batması barədə xəbərlər yayıldı. Həmin vaxt qızılın həqiqətən gəmidə olması, yoxsa sikkələrin Britaniya ərazisindən, ümumiyyətlə, çıxarılmadığı barədə dəqiq məlumat yoxdur. Gəmini və dəyərli yükü sığorta etmiş şirkət isə özünü müflis elan etdiyindən Rusiyaya dəymiş ziyan yalnız qismən ödəndi... Ancaq London sələmçisi Rotşildə çatacaq məbləğ Rusiya tərəfindən tam ödəndi... Və 18 oktyabr 1867-ci ildə Alyaska rəsmən Amerika dövlətinə verildi...

Bəs çar hökuməti Alyaskanın satılması sövdələşməsinə niyə getmişdi? Buna onu nə məcbur etmişdi? 1861-ci ildə Rusiyada təhkimçlik hüququ ləğv edilmişdi. İmpertaor II Aleksandr narazı qalmış mülkədarlara təzminat ödəməli olduğundan yəhudi Rotşildlərin Bank Evindən illik 5 faizlə 15 mln. funt sterlinq borc götürür. Sələmçilərin borcunu qaytarmaq lazım idi, vaxt keçdikcə borc daha da artacaqdı. O halda Böyük Knyaz Konstantin Nikolayeviç - hökmdarın kiçik qardaşı çara nə isə “lazımsız bir şeyi” satmağı təklif edir. Sadəlövh çar isə ən “lazımsız şeyi” Rusiyanın Avrasiya materikindən kənardakı geniş ərazilərini hesab etdi. Yalnız sonradan məlum oldu ki, Alyaska torpağı qiymətli metal və digər faydalı qazıntılarla nə qədər zəngin imiş...


Rusiya 150 il əvvəl Alyaskanı ABŞ-a havayı satdı? - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ