EURO 1,8399 NEFT 56,76
USD 1,7447 RUB 0,0304
  1. http://www.islamazeri.az/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:04.10.2016 14:03:07

"ABŞ Rusiyanın Suriyadakı fəaliyyətini kiçiltməyə çalışmaqla öz uğursuzluğuna bəraət qazandırır."

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən,  Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış vitse-spikeri Sergey Jeleznyak bildirib ki, ABŞ Rusiyanın Suriyada atdığı addımların effektivliyini anlayır və özlərinin (ABŞ-ın - red.) uğursuzluğuna bəraət qazandırmaq üçün bəhanə uydurmağa can atır.

Daha əvvəl Ağ Evin mətbuat katibi Con Ernest bildirmişdi ki, Rusiya İŞİD terror təşkilatı ilə mübarizədə guya ki, heç bir uğur əldə etməyib və amerikalıların başçılıq etdiyi koalisiyanın nailiyyətlərini öz adına yazır.

Jeleznyak hesab edir ki, Suriyada beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın əldə etdikləri uğurlara duyulan paxıllıq hissi ABŞ hakimiyyətini öz mənasızlığı ilə təəccübləndirən daha da cəfəng (boş, qəribə - red.) addımlar atmağa sürükləyir.

"Son zamanlar məlum olur ki, ABŞ rəhbərliyi Rusiyanın Suriyadakı fəaliyyətinin effektivliyini və özünün regiondakı fəaliyyətinin dağıdıcılığını dərk edərək, öz uğursuzluqlarına bəraət qazandıra və məsuliyyətdən qaçmağa şans verə biləcək bəhanə uydurmağa can atır. ABŞ hökuməti özünü dünya səviyyəli jandarm kimi göstərməyə o qədər öyrəşib ki, həqiqətlə üz-üzə gəldikdə buna inana bilmir və həyasızlıqla dünya ictimaiyyətinə aydın olan məsələlərdə Rusiyaya böhtan ataraq, reallığı (gerçəkliyi - red.) təhrif etməyə  cəhd edir.", - deyə parlament üzvü bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, məhz Rusiyaya məxsus Hərbi-Kosmik Qüvvələrin səyləri nəticəsində Suriyada böyük ərazilər işğal etmiş beynəlxalq terrorçuluğun "beli qırılıb". Rusiyanın əli ilə Suriya dövlətçiliyini qoruyaraq saxlamaq, Suriya ordusuna və könüllülərinə ölkənin böyük hissəsini terrorçulardan azad etməyə kömək etmək, dinc yolla münaqişənin həll edilməsi fürsətini və lazımi reformları yaratmaq mümkün olub.

"Rusiya Suriyada növbəti dəfə bizim müasir və yüksək dəqiqliyə sahib silahın qüdrətini, bizim əsgərlərin yüksək səviyyəli təlimini və qəhrəmanlığını nümayiş etdirib. Biz böyük müharibə şanının varisləriyik, qəhrəman əcdadlarımızın xatirə, qoçaqlıq və mərdliyini anırıq. Özgə nailiyyətlər isə bizə lazım deyil.", - deyə o əlavə edib.

Jeleznyak qeyd edib ki, "əgər ABŞ terrorçuların qılığına girməyə, bizə qarşı olan informasiya təxribatlarına son qoysa və Yaxın Şərq regionunda sülh və sabitliyin təmin edilməsi üçün real əməkdaşlıağa qərar versə" bunlar daha çox fayda verərdi.


Rus deputat: ABŞ hökuməti özünü dünya səviyyəli jandarm kimi göstərməyə o qədər öyrəşib ki... - MÜNASİBƏT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Rusiyadan S-400 alır
    Türkiyə hava müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlara davam edir...
     22.02.2017
    Su Çərşənbəsindən FOTOLAR
    Dünən Su Çərşənbəsi qeyd edilirdi.
     22.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ