İran prezidentinin qardaşı barədə həbs qərarı çıxarılıb.

İslamazeri.com-un “Interfax”-a istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun korrupsiyada ittiham edilərək 5 il müddətinə azadlıqdan məhkum edilib.
Bu haqda İran məhkəmə orqanının rəsmisi Qulamhüseyn İsmayıli bəyan edib. Qərar məhkəmənin qapalı iclasında çıxarılıb.
“Fereydun başqa iş üzrə də mühakimə edilirmi?” sualına İsmayıli bildirib ki, “prokurorluqda daha bir iş gözdən keçirilir, lakin hələ məhkəməyə ötürülməyib”.
Xatırladaq ki, Fereydun daha öncə İran DİN-in yüksəkvəzifəli əməkdaşı olub və İranın nüvə problemi üzrə danışıqlarda iştirak edib.
Ruhaninin rüşvətxor qardaşı 5 illik həbs edildi