EURO 1,8808 TRY 0,2983
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.06.2019 13:43:01

İran prezidenti Yaponiya Baş naziri ilə görüşüb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşdən sonra bəyan edib ki, İran müharibəni birinci başladan tərəf olmayacaq və əlavə edib ki, Tehran istənilən təzavüzə sarsıdıcı cavab verəcək.

“İran heç vaxt müharibə başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək”, - deyə o qeyd edib.

“İran nüvə sazişinə sadiqliyini qoruyub saxlayacaq. Bu saziş region və dünyanın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. İran da, Yaponiya da nüvə silahına qarşıdır”, - deyə o bildirib.

O həmçinin deyib ki, əgər ABŞ İrana qarşı iqtisadi müharibəyə son qoyarsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklərin baş verəcəyinə ümid edir.

“Regionda bugünkü gərginliyin səbəbi ABŞ-ın İran xalqına qarşı iqtisadi müharibəsidir. Bu iqtisadi müharibə bitərsə, biz regionda və dünyada çox müsbət hadisələrə şahid olacağıq”, - deyə o bildirib.

O həmçinin əlavə edib ki, Yaponiya İrandan neft alışını davam etdirmək istəyir. Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları bərpa etdikdən sonra, Yaponiyanın İrandan neft alışını dayandırıb.


Ruhanidən mesaj: İran müharibəni başladan tərəf olmayacaq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019
    İran hərbi hava təlimləri keçirir
    İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ