1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.02.2020 16:23:00

İran İslam Respublikasının prezidenti Avstriyanın xarici işlər nazirilə görüşüb.

 İran İslam Respublikasının prezidenti Avstriyanın xarici işlər nazirilə görüşüb.

Ruhani rəsmi danışıqlar üçün paytaxt Tehranda səfərdə olan Avstriyanın xarici işlər naziri Alexander Schallenbergi qəbulu zamanı ABŞ-ın sanksiya tətbiqinə münasibət bildirib.

İslamazeri.com Rasthaber Azərbaycana istinadən xəbər verir ki, İran prezidenti açıqlaması zamanı “ABŞ iqtisadi sanksiyalardan əlavə ərzaq və əczaçılıq dərmanlarına da sanksiya tətbiq edib. Bu sanksiyalarin tətbiqi terrorçuluqdur. ABŞ-ın sanksiyaları koronavirusa oxşayır. Qorxusu həqiqətindən daha çoxdur", -deyə qeyd edib.

Nüvə sazişinin İran, AB və digər qərblilər arasında etimadın yenidən bərpası baxımından uyğun zəmin yaradacağını və rəsmi Tehranın öhdəliklərinə əməl etdiyini ifadə edən Ruhani, bölgədəki su yollarının təhlükəsizliyinin əvvəlkindən daha zəif olduğunu, Yəmən, Suriya, Əfqanıstan və İraq kimi ölkələrdə uyğun təhlükəsizlik şəraitinin olmadığını qeyd edib.

Schallenberg də  Nüvə  sazişinin  bölgədəki sülh və sabitlik üçün  əhəmiyyət  daşıdığını   vurğulayıb.

"Avstriya etimad yaratmaq istiqamətində təqdim olunan bu layihəni alqışlayır və bu prosesdə öz müsbət rolunu oynamağa maraqlıdır.", -deyə Schallenberg bildirib.


Ruhani Schallenberglə görüşdə ABŞ sanksiyalarını terrora bənzətdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ