1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.05.2019 15:48:41

İran prezidenti gənclərlə bağlı çıxış edib.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani ölkə gənclərini ölkənin siyasi həyatında daha aktiv iştiraka səsləyib və ölkədə referendumun keçirilməsini də istisna etməyib.

Tehran bir qrup fəal gənclər və tələbələrlə görüşdə Ruhani, milli təhlükəsizliyə qarşı təhdidlərin aradan qaldırılması məqsədi ilə cəmiyyətin konsolidasiyasının mühümlüyünü qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə gənclərin payına xüsusi rol düşür.

“Seçkilərdə iştirakın heç nəyi həll etməməsinə dair iddialar əsassızdır. Düzdür, hələ bütün problemləri həll etmək mümkün olmayıb. Lakin, biz konstitusiyanın imkanlarından istifadə edə bilərik”, - deyə Ruhani bildirib.

O deyib ki, ölkənin əsas qanunu İran vətəndaşları “çoxlu imkanlar” təqdim edir.

“Məsələn, 59-cu maddəyə əsasən, mədəniyyət, xarici siyasət və sosial həyat üzrə ictimaiyyətdə vahid rəy olmasa, referendum keçirilə bilər”, - deyə o əlavə edib.

O qeyd edib ki, referendum ölkə parlamentinin təşəbbüsü ilə keçirilə bilər.


Ruhani İran gənclərinə səsləndi: Siyasətə qoşulun!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ