EURO 2,0003 NEFT 51,67
USD 1,7009 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.01.2017 12:21:28

Roma Papası Fransisk Dünyada son baş verən hadisələrə münasibət bildirib.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Roma Papası Fransisk “fundamental fikirli terrorçuluğu” sərt şəkildə təndiq edərək çıxış edib. O, dünyanın bütün dini və siyasi liderlərini bu “ağılsızlıqla” mübarizəyə öz töhfələrini verməyə səsləyib.

Biz bilirik ki, bu gün də dini təcrübə bəzən qapalılıq, sıxışdırıb aradan çıxartma və zorakılıq üçün bəhanə kimi istifadə oluna bilir. Mən hər şeydən öncə fundamental fikirli terrorçuluğu nəzərdə tuturam. Həmin terrorçuluq ötən il bütün dünyada çoxlu sayda insanın ölməsinə səbəb olub: Əfqanıstanda, Banqladeşdə, Belçikada, Burkina-Fasoda, Misirdə, Fransada, Almaniyada, İordaniyada, İraqda, Nigeriyada, Pakistanda, ABŞ-da, Tunisdə və Türkiyədə.”, - deyə pontifik dünən Apostol sarayında Müqəddəs taxt tərəfindən təyin edilmiş diplomatik korpusun nümayəndələri ilə keçirilən ənənəvi  görüş zamanı bildirib.

Bu cinayətlər haqda danışan Fransisk xüsusilə də Nigeriyadakı hadisələri - terrorçuların öz məqsədlərində uşaqlardan istifadə etməsini, Qahirədə Qipti kilsəsində törədilmiş terror aktını, ən sadə şəhər sakinlərinin terror qurbanına çevrildiyi Brüssel, Nitsa və Berlindəki hadisələrini və Yeni il gecəsi insanların öldürüldüyü İstanbul hadisələrini qeyd edib.

Papa bildirib ki, “söhbət qətllə nəticələnən ağılsızlıqlardan gedir”. O qeyd edib ki, terrorçular bu cür ağılsızlıqlarda hökmranlıq və hakimiyyətə çatmaq iradələrini əsaslandırmaq üçün Allahın adından sui-istifadə edirlər.

Mən bütün dini hakimiyyətlərə çağırışla müraciət edirəm ki, onlar Allah adına insanları qətlə yetirməyin yolverilməz olduğunun təsdiqlənməsində bir olsunlar. Fundamentalist terrorçuluq kəskin ruhi acizlik və yoxsulluğun nəticəsidir. Bir çox vaxt sosial yoxsulluq da bununla əlaqəlidir.”, - deyə Fransisk qeyd edib.

O əlavə edib ki, bu cür terrorçuluğa yalnız dünyanın dini və siyasi liderlərinin birgə səyləri ilə tamamilə qalib gəlmək olar.


Roma Papası: Allahın adından istifadə edərək adam öldürmək olmaz

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Rusiyadan S-500 raket əleyhinə müdafiə sistemi alır
    Azərbaycan Respublikası bu çərçivədə Rusiyadan ən son texnologiya müdafiəetmə sistemləri alacaq.
     23.08.2017
    Bakıda qadın yanğında öldü
    Bu gün Bakı şəhəri, Yasamal rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ