EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2017 16:46:21

"Əl-Qaidə", İŞİD, "Ləşkəri-Taliban" kimi beynəlxalq terrorçu təşkilatlarla heç bir əlaqəmiz yoxdur.

Rohingiyada faəliyyət göstərən yerli müsəlmanlardan ibarət silahlı qruplaşma hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığını bəyan edib.

İslamazeri.com "Dailystar"-a istinadla xəbər verir ki, internetdə müraciət yayan Arakan və Rohingiyanın Xilası Ordusu (ARXO) adlı silahlı qruplaşma bölgədə yalnız müsəlman azlığı buddistlərin və Myanma ordusunun zorakılıqlarından qorumaq üçün fəaliyyət göstərdiyini vurğulayıb.

"ARXO olaraq bəyan edirik ki, bizim "əl-Qaidə", İŞİD, "Ləşkəri-Taliban" kimi beynəlxalq terrorçu təşkilatlarla heç bir əlaqəmiz yoxdur. Biz adlarını qeyd etdiyimiz bu təşkilatların heç birinin Arakandakı münaqişəyə müdaxilə etmələrini dəstəkləmirik. ARXO region dövlətlərinə müraciət edərək tələb edir ki, həmin terrorçu təşkilatların Arakana daxil olmalarına və onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirmələrinə imkan verməsinlər", - deyə qruplaşmanın "Twitter"-dəki səhifəsində qeyd olunub.

Qeyd edək ki, ARXO tez-tez özünün terrorçu təşkilat olmadığını bəyan edən məlumatlar yayır. Myanma hökuməti isə qruplaşmanın ölkənin cənubundakı fəaliyyətlərini əsas gətirərək Arakan bölgəsinə qoşun yeridib.


Rohingiya silahlıları: "Biz terrorçu təşkilat deyilik"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ