EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.10.2017 11:12:02

Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın müsahibəsini təqdim edirik:

 DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya qarşı (1:5) iki fərqli hissə keçirdiniz. Bundestim önündə cəmi 45 dəqiqə mübarizə aparmağa gücünüz çatdı?

- Birinci hissədə çox yaxşı oynadıq. Matça uğurlu başladıq və 45 dəqiqəni yüksək səviyyədə keçirdik. Nəticədə qol da vurduq. Fasiləyə yollananda hesab bərabər idi. Ancaq almanlar ikinci hissəyə aqressiv başlayıb, erkən qol vurdular və bundan sonra oyunları öz axarı ilə getdi. Nəzərə alaq ki, rəqib dünyanın ən güclü komandalarından biridi və böyük futbolçulara sahibdi. Almaniya millisinin oyunçuları Avropanın ən güclü klublarında çıxış edirlər.

Bəlkə birinci hissədə çox güc sərf etdiyiniz üçün fasilədən sonra yorulmuşdunuz?

- Məncə, səbəb rəqibin tempi artırması və pressinq tətbiq etməsi oldu. İkinci hissədə bizə topla hücuma çıxmağa imkan vermədilər.

İlk 45 dəqiqədə hücumlara fəal qoşulsanız da, fasilədən sonra çox irəli çıxa bilmədiniz. Tapşırıq belə olmuşdu?

- Xeyr. Sadəcə, ikinci hissədə Almaniya yığması irəlidə pressinq tətbiq etdi, bütün komanda ilə hücuma atıldı. Mən də bu üzdən müdafiəyə kömək etməli idim. Ümumiyyətlə, oyunum barədə danışmağı xoşlamıram. Buna kənardan qiymət verə bilərlər. Mənim öz fikrim var, ancaq bunu özümdə saxlamaq istəyirəm.

Bu seçmə mərhələdən etibarən Azərbaycan yığmasına dəvət almağa başladınız. Milliyə tam uyğunlaşa bilmisiniz?

- Yüz faiz uyğunlaşdığımı deyə bilmərəm. Amma oyundan-oyuna özümü daha yaxşı hiss edirəm. Azərbaycan millisinin heyətində artıq 5 matça çıxmışam. Düşünürəm ki, bunun 3-4-də yaxşı oynamışam.

“Qarabağ”da da komanda yoldaşı olduğunuz Ramil Şeydayevin oyununu necə dəyərləndirərdiniz və onun potensialını necə görürsünüz?

- Şeydayev yüksək səviyyəli futbolçudu. Bunu Almaniya ilə qarşılaşmada da göstərdi. O, ən yüksək səviyyədə oynamağa qadirdi. Gözəl qol da vurdu. Məşqlərdə var gücü ilə çalışır. Bu cür davam etsə, daha yaxşı olacaq.

Azərbaycan Premyer Liqasının ilk dövrəsindən sonra “Qarabağ” problemsiz irəliləyir. Kənardan belə təəssürat yaranır ki, komanda yenə asanlıqla çempion olacaq...

- Biz hər matça qələbə üçün çıxırıq. Oyundan-oyuna daha inkişaf etmək istəyirik. Güclü baş məşqçimiz var. Qurban Qurbanov bizə zəif cəhətlərimizi deyir və onların üzərində işləyirik. Hər gün oyunumuzu təkmilləşdirməyə çalışırıq.

Çempionlar Liqasında “Çelsi”, “Roma” kimi klublara qarşı oynadıqdan sonra ölkə çempionatında “Kəpəz”, “Səbail” və digər komandalarla matça necə motivasiya olunursunuz? Və ya çempionat oyunlarından sonra nəhəng klublarla görüşə hazırlaşmaq çətin olmur?

- “Çelsi”, “Roma” və “Atletiko”nun səviyyəsini hər kəs bilir. “Çelsi” “Mançester Yunayted”lə, “Mançester Siti” ilə, “Roma” “İnter”lə, “Yuventus”la oynayır. Təəssüf ki, biz də ölkə çempionatında buna məcburuq. Bu məsələyə konkret fikir deyə bilmərəm. Çünki bizdən asılı deyil. Məcbur olduğumuz üçün çıxıb oyunumuzu oynayırıq.

Artıq 5 ildən çoxdu Azərbaycanda yaşayırsınız. Dilimizi öyrənə bilmisinizmi?

- Başa düşürəm, bəzi sözləri bilirəm, amma tam danışmaqda çətinlik çəkirəm. Sizin də qeyd etdiyiniz kimi, artıq uzun müddətdi Azərbaycandayam. Buranı mən də, ailəm də çox sevir. Özümü bu ölkənin bir fərdi kimi görürəm. Azərbaycan yığmasının formasını geyindiyim üçün də qürur duyuram (apasport.az).


Riçard Almeyda: Təəssüf ki, buna məcburuq - MÜSAHİBƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ