EURO 1,8964 TRY 0,2805
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.02.2019 23:00:04

Bu barədə qərar bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında verilib.

Milli Məclisin İntizam Komissiyasının tərkibi dəyişdirilib.

BakuPost xəbər verir ki, bu barədə qərar bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında verilib.

İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər – Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Deputat Kamran Nəbizadə komissiyanın tərkibinə daxil edilməyib.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam Komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakıda restoranlardan birində sərxoş halda dava salması ilə gündəmə gəlmişdi. Bildirilirdi ki, anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Deputatı maşına oturdub, evə aparıblar.

Digər bir xəbərdə isə deyilirdi ki, deputat jurnalist Eynulla Fətullayevlə dava edib. Belə ki, birlikdə yeyib içən tərəflər mübahisə etməyə başlayıb, sonradan əlbəyaxa davaya keçiblər.

Deputat isə yayılan xəbərləri təkzib etmişdi.

Bu xəbərlərdən sonra Kamran Nəbizadə ilə bağlı Milli Məclisin İntizam Komissiyasına şikayət ediləcəyi bildirilirdi.


Restoranda dava salan deputata cəza verildi - Milli Məclisdə QƏRAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “İnterpol” xətti ilə axtarışda olan İran vətəndaşı Bakıya gələrkən tutulub
    “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan şəxs Bakıya gələrkən tutulub.
     22.05.2019
    Azərbaycanda piyada vurulmaları ən çox bu vaxt baş verir
    Son günlər bu mövzuda müzakirələri, xüsusən də piyada vurulması ilə bağlı qorxunc statistika gündəmdədir.
     22.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ