1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.08.2019 13:38:32

Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edir.

Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edir. Bu barədə Azərbaycan Prezident Administrasiyasını xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir", deyə Hacıyevin şərhində qeyd edilir.

Paşinyanın bəyanatı rəsmi Yerevanın işğalçılıq siyasətinin ifşasıdır. Bu cür bəyanatlar həmçinin ATƏT-in Minsk Qrupunun fikrinə məhəl qoyulmamasının, beynəlxalq hüquq norma və prinsiplərinin, BMT-nin sənədlərinin pozulmasının sübutudur.

"Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", deyə Hacıyev qeyd edir.


Rəsmi Bakı: Paşinyanın bəyanatı müharibəyə çağırışdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi...
    53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.
     24.01.2020
    İşgəncə iddiaları ilə bağlı Baş Prokurorluqdan RƏSMİ AÇIQLAMA
    Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərinə münasibət bildirib
     24.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ