EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.10.2017 12:31:21

"Edin Cekonu ikinci mərtəbədə saxlaya bilsəydim, Qarabağda deyil, Mançester Sitidə oynayardım."

"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib.

"Report" xəbər verir ki, hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: "Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

Sadıqov Azərbaycan futbolundakı problemlərə də toxunub. O, deyib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

Qeyd edək ki, Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.


Rəşad Sadıqov milliyə baş məşqçi təyin olunacağı barədə iddialardan DANIŞDI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ