EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/

Yayınlanma tarixi:18.08.2016 00:17:07

Türkiyə şiələrinin liderlərindən olan Şeyx Səlahəddin Özgündüz cümə xütbəsində Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlı çıxış edib

Bu gün İstanbulun Halkalı qəsəbəsində Zeynəbiyə məscidində cümə namazını Türkiyə şiələrinin liderlərindən olan Şeyx Səlahəddin Özgündüz qıldırıb. İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi  xəbərə görə, birinci xütbəsində İmam Əli vilayəti haqqında danışan imam cümə ikinci xütbəsini 15 iyul hərbi çevrilişə cəhd olaylarına həsr edib.

Xütbəsində Özgündüz Ərdoğanın baş nazir olduğu dönəmdə üz-üzə görüşü zamanı  fətullahçılarla bağlı xəbərdarlıq etdiyini bildirib. Səlahəddin Özgündüz  ikinci xütbəsinə belə başlayıb: “Bildiyimiz kimi bir həftə öncə ölkəmizdə hərbi çevrilişə cəhd olundu. Hökümətimizin açıqlamasında bu işdə FƏTÖ - “Fətullah Gülən terror təşkilatı”nı ittiham etdi. Həqiqətən də görünən  budur və belədir. Mən bu işin FƏTÖ-nün  etdiyində şübhə etmirəm.  Çoxları Fətullah Gülənin adamlarının dövlətə sızdığını bilirdi. O vaxt onunla bağlı məsələ ortaya gələndə (həbs), düyməyə basdılar, istər sağçı istər solçular Fətullah Gülənin müdafiəsinə qalxdılar və o ölkəni tərk edərək Pensilvaniyaya -  Amerikaya getdi. Fətullah Gülən təşkilatı xalqın içindən çox, dövlətin içinə sızmağı hədəfləmişdi.”

Daha sonra xətib Ərdoğanla bağlı bunları deyib: “Prezidentin heç bir işini bəyənməsənizdə bu terror qruplaşmasına qarşı son addımlarına görə, bu ölkəni bu bəladan qurtardığına görə  təşəkkür etməliyik. Tənqid edəcəksiz, etməyəcəksiz mənim işim deyil, səs verib verməməkdə də azadsız, amma təhqir və söyüş qəti olmaz. Şəriət də söyüşü təhqiri qadağan edir və tənqidləri də əxlaqa xas edilməsini istəyir. “

Özgündüz ordunun içinə  fətullahçıların daxil edilməsinə təəccüb etdiyini söyləyərək “Ordu çox ciddi yerdir. Fətullahçıların generalara sahib olmasını, bu qədər irəliyə gedəcəklərini təxmin etmirdim. Qanunlardakı dəyişikliklərdən istifadə edərək bu cür orduya nüfuz etmələri çox böyük təhlükə olduğunu göstərir. Prezidentin də dediyi kimi, bunların zamansız bu çevrilişə cəhd etmələri bəlkədə Allahın bir lütfü idi, çünki tam olaraq güclənməmiş onlar bu addımı atdılar, əgər Allah eləməmiş güclənərək bu addımı atmış olsaydılar böyük bəlalar gözləyirdi ölkəmizi.”, - deyə qeyd edib.

Özgündüz hökümətə gələnlərin ancaq seçkilə gəldiyi kimi, seçkilə getməsinin məqbul olduğunu bildirib. Türkiyə şiələrinin tanınmış alimlərindən və liderlərindən olan Şeyx Səlahəddin Özgündüz Ərdoğan ilə təkbətək görüşündən söhbət açıb. O Aşura mərasimlərinə qatılan Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bəzi xəbərdarlıqları etdiyini bildirib: “Bir neçə il öncə Aşura mərasiminə qatılan Rəcəb Tayyib Ərdoğanla 70 dəqiqəlik təkbətək görüşümüz oldu. O vaxt mən ona fətullahçıların təhlükəsilə  bağlı xəbərdarlıq etdim. Prezidentimiz mənə bir prinsipini xatırlatdı və əhli qibləyə (qibləyə namaz qılan bütün məzhəblərə) güvəndiyini bildirdi. Onlara fürsət verdi. Ərdoğan bunların bu qədər gedəcəklərini düşünmürdü. Belə xəyanət edəcəyini ağlından keçirmirdi. Amma şükr Allaha bunların şərrindən ölkəmizi qorudu. Kiçik yarada alsaq həmd olsun böyük fəlakətlərə yol açmadı. “

İmam cümə sonda ölkə hökümətinə və dövlətinə müraciət edərək heç bir təriqəti dövlətin içinə nüfuz etməsinə imkan yaratmamağa səsləyib. 

Yayımlanan xəbərlərin bütün hüquqları qorunur. Məlumatların, video ve şəkillərin istinadsız yayımı qadağandır.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səlahəddin Özgündüz: Ərdoğanla görüşdə fətullahçılarla bağlı xəbərdarlıq etmişdim
    Türkiyə şiələrinin liderlərindən olan Şeyx Səlahəddin Özgündüz cümə xütbəsində Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlı çıxış edib
     18.08.2016
    Zavodda böyüyüb yüksək bal yığan Aynurun evindən - Reportaj
    "Bura kislorod zavodu olub. Axırdan-axıra kislorod qurtarandan sonra burdan oxuyan qız çıxıb"
     18.08.2016

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ