Alimlər məlum məsələ ilə bağlı araşdırma aparıblar.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, mütəxəssislər Yer kürəsinin təbii peyki Ayın partlaması nəticəsində nələrin baş verəcəyini hesablayıblar və belə bir nəticəyə gəliblər ki, bu cür hadisə planetimizdəki bütün canlıların məhv olmasına səbəb ola bilər.
Ayın olmaması Yerin fırlanma sürətini artıracaq ki, bu da öz növbəsində, atmosferin itirilməsinə səbəb olacaq. Bundan başqa. Ay tərəfindən idarə edilən Yerin kürəsinin oxunun mailliyi də dəyişikliyə məruz qalacaq; bu isə planetimizin böyürü üstə “yıxılması” ilə nəticələnəcək. Belə olan təqdirdə isə, Yerdəki iqlim kritik şəkildə dəyişəcək - dənizlərdəki sular boşalacaq, həmin sular isə qurunu basacaq. Yer oxunun mailliyinin dəyişməsi ilə əlaqədar olaraq qütblərdə istiləşmə baş verəcək, ekvatorda isə, əksinə, soyuqlaşma başlayacaq.
Alimlər həmçinin qeyd edirlər ki, Ay partlasa onun parçaları Yer kürəsinə düşəcək və nüvə qışına səbəb olacaq.
Lakin hələ ki, Yerin təbii peykinin “ölümü” haqda danışmaq üçün heç bir səbəb yoxdur.
Ay partlasa Yer kürəsinin aqibəti necə olacaq? - ARAŞDIRMA