1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.05.2019 19:17:41

Müvafiq qərarı Livan hökuməti qəbul edib.

İslamazeri.com-un NBN telekanalına istinadən verdiyi xəbərə əsasən, Livanda nazirlər və parlamentin deputatlarının maaşları iki dəfə azaldılıb.

Müvafiq qərarı Livan hökuməti qəbul edib.

Artıq hazırkı və keçmiş prezidentlərin və baş nazirlərin maaşlar və müavinətləri də 50% azalacaq.

Qeyd edilir ki, bu addım, büdcə xərclərinin azaldılması istiqamətində görülən təcili tədbirlər proqramının həyata keçirilməsinin bir hissəsidir.

Xatırladaq ki, bu günlər Livan prezidenti Mişel Aun bəyan edib ki, ölkədəki əlverişsiz iqtisadi vəziyyətə görə suriyalı qaçqınlar Livanı tərk etməli olacaqlar.

“Əgər beynəlxalq ictimaiyyət suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsində yardım etməsə, Livanda pisləşən iqtisadi vəziyyətdən xilas olmaq üçün, suriyalılar Livanı tərk edərək Aralıq dənizi vasitəsi ilə digər ölkələrə doğru yola düşəcəklər”, - deyə o qeyd edib.


Ərəb ölkəsi məmurların maaşlarını 50% azaltdı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ