BƏƏ sahillərinə iti buz parçaları gətiriləcək.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin sahillərinə Antarktikadan aysberqlər gətiriləcək. İri buz parçalarının Fuceyrə əmirliyinin sahillərinə gətirilməsi planlaşdırılır.
Layihə təşəbbüskarlarının fikrincə, bu addım regionda quraqlığın azalmasına yardımçı olacaq və yağışların daha müntəzəm olmasına gətirib çıxaracaq.
Layihənin həyata keçirilməsi, ilkin qiymətləndirməyə əsasən, 60 milyon dollara başa gələcək.
1-ci mərhələdə aysberqlər Avstraliya və ya Cənubi Afrika sahilinə gətiriləcək. İlk aysberq isə BƏƏ sahillərinə 2020-ci ilin əvvəlində çatdırılacaq.
Xatırladaq ki, Antarktika buzlaq qalxanı - Dünyadakı ən böyük buz kütləsidir və Dünyanın şirin su ehtiyatının təxminən 61 faizini özündə cəmləyib.
Ərəb ölkəsi Antartikadan buz gətirəcək