1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:13.02.2017 13:52:56

Qərbi Asiya məsələləri üzrə mütəxəssis Müctəba Rəhman Dost ərəb ölkələri tərəfindən İsrail adına aparılan müharibələrin İsrailin 60 illik fəaliyyətinin məhsulu olduğunu deyib...

İslamazeri.az xəbər verir ki, Fələstin Xalqını Müdafiə Dərnəyinin keçmiş üzvü və İran İslami Şura Məclisinin IX dövr deputatı Müctəba Rəhman Dost "Tasnim" Xəbər Agentliyinə verdiyi müsahibədə Tel-Əviv və bəzi körfəz ərəb ölkələri arasındakı əməkdaşlığı dəyərləndirib.

M.R.Dost Ərəb ölkələrinin vəkalət müharibələri haqqında bu xəbərdarlıqları etdi: "Ərəb ölkələri Sionist rejimin vəzifəyə gəldiyi ilk dörd ildə; 1948, 1956, 1967 və 1973-cü illər olmaqla ard-arda müharibələr başlatdı. İsrail o illərdən etibarən regionda hərbi üstünlüyünü sübut etmək üçün hərbi olaraq möhkəmlənməyə çalışırdı".

Mütəxəssis Sionist rejim ilə Livan arasında 1982-ci ildəki müharibənin və yenə bu rejimin 2005-ci ildə Livanla apardığı 33 günlük müharibənin, sionistlərin Müqavimətin gücünü dərk etmələrinə səbəb olduğunu bildirərək bunları deyib: "Sionist rejim hərbi üstünlük əldə edib ərəb ölkələrini məğlubiyyətə uğratmaq əvəzinə bu ölkələr arasında fitnə və separatizm edib vəkalət müharibəsi başlada biləcəyini düşündü. Ərəb ölkələrində parçalanma baş verməsi halında, bu ölkələr bir-birini öldürəcək və zəiflədəcək. Bu məsələ İsrailin xeyrinə olacaqdı. Beləliklə, müharibə Ərəb ölkələrinin İsrail adına bir-biri ilə döyüşdüyü bir hal aldı və Sionist rejim faktiki olaraq bu məsələdə uğurlu oldu.

Nümunə göstərəcək olsaq, Səudiyyə Ərəbistanının son illərdəki hərəkətləri, Misirin son on ildir Həmasa qarşı müharibələri və Rifah sərhəd qapısını bağlaması və Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin Müqavimətə qarşı oynadıqları rolların hamısı, İsrail və Amerikanın Müqavimətə qarşı əvəz müharibələridir. Bu müharibələr İsrail tərəfindən deyil, bu rejim adına ərəb ölkələri tərəfindən baş verir. Bu, İsraillilərin altmış illik fəaliyyətinin nəticəsidir".

Sionistlər hərbi üstünlük təmin edə bilmədikləri zaman ərəb ölkələrini vəkalət müharibələrində istifadə edəcəklərini anladılar. İsrail ayağını ayağının üstünə atıb oturmadı və bir küncə çəkilmədi. İsrail ərəb ölkələrini bir-birinə düşmən etmək qərarı aldı.

İsraillilər bu separatizmi açıq olaraq Osla, Taba, Kamp Devid və Şarm əl-Şeyx müqavilələri yolu ilə başladılar. İndi İsrail üçün sevinc və xoşbəxtlik zamanıdır. Çünki ən kiçik bir məbləğ xərcləmədən üstünlüyə sahib olublar. Şərait elə bir vəziyyətdədir ki, Ərəbistan kimi ölkələr İraqda Müqavimət hökumətinə qarşı aparılan müharibənin xərcini ödəməkdə və bu hökuməti devirmək istəyir. İsrail bundan daha yaxşı necə bir mühit və şərait istəyə bilər ki"?


Ərəb ölkələri arasındakı müharibəni İsrail planlayıb - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə
    “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
     23.08.2017
    Səəd Həriri
    Livanın baş naziri “Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə münasibət bildirməkdən imtina edib.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ